Ayların, illərin fırtınasındanÖmrü ömür kimi yaşayan keçər.Havalı ürəkdən, odlu könüldənZamanın şaxtası, qışı yan keçər.

Hər qayğı insana bir yaz anıdı,Yaxşılıq dan yeri, sübh azanıdı,Günahın son payı qır qazanıdı,Körpüdən savabı daşıyan keçər.

Haqqı bayraq eylə, nə əzil, nə əz,Ayı da, günü də öz içində gəz.Allah sevgisinə toxuna bilməz,Şeytanlar atsa da, daşı yan keçər.

2003, 23 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви