Bahar hər qarışı gülə döndərər,Qarı gilə-gilə əridər yenə.Kövrəldib yaşını selə döndərər,Çayların üstünə yeridər yenə.

Şimşək qılıncını çəkər dağlara,Daşların üstündə itilər yenə.Külək yamaclara çəkər sığalı,Sellər çəmənləri ütülər yenə.

Çaylar bulaqların görüş yeridir,Öpər, bir-birini qucaqlar yenə.Təbiət məst olar nəğmə səsindən,Sevgidən söz açar dodaqlar yenə.

Günəşin nurunda həyat eşqi var,Əridər şaxtanın buz ürəyini,Sənət də, ilham da gül-çiçək açar,Bahar gətirəndə öz ürəyini.

1972, 9 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви