Qəbir dedim, qədim Göyçə, Ələsgərimyada düşdü,Başdan-başa, dolub daşan dərdim-sərimyada düşdü.

Gözləri yol çəkən Ələsgər dədə,Dağlarda təklənən qəbrinə qurban!Bəd gəldi bizlərə bu vaxt, bu vədə,Döz, bu da zamandı, səbrinə qurban!

Heç xeyir taparmı sənə taxınan,Ara qarışdıran, pəl vuran olub.Deyirlər ruhuna dəyən, toxunan,Deyirlər qəbrinə əl vuran olub.

Sənsən haqq vergisi, Allah adamı,Gözünə baxdığın bulağa qurban.

Haqqın əllərindən içdiyin camı,Dastana döndərən torpağa qurban!

Getdim neçə dəfə ziyarətinə,Məzar heykəlindən öpdüm, qayıtdım.Güvəndim gücünə, məhəbbətinə,Odunu qəlbimə səpdim, qayıtdım.

Bilmirəm kim olsun dərdimdən halı,Burda əllərimi sıxan əl hanı?Üstünə yığışan Göyçə mahalı,Qəbrinə yaraşan o heykəl hanı?

Mənim taleyimi, mənim eşqimi,Döyən çox olsa da, duyan az oldu.Nəsimi, Füzuli məzarı kimi,Sənin də məzarın əlçatmaz oldu!

Gedərəm Hələbə, gedərəm, ustad,Gedərəm Bağdada, gedərəm, ustad.Üz tutub Göyçəyə gedə bilməsəm,Dağları, daşları didərəm, ustad!

Tutsalar cığırı, kəssələr yolu,Yerin damarını qırıb gedərəm.İldırımlar taxıb qanadı, qolu,Göyün yaxasını cırıb gedərəm!

Elə ki, qatığa dedilər qara,Elə ki, azğınlar həddini aşdı,Allah adamına sataşanlaraAllah yaman dəydi, yaman sataşdı!

Yalan danışsa da xeyrini güdən,Həqiqət yenə də şahıydı, ustad!

Zəlzələ deyildi yeri tərpədən,O sənin çəkdiyin ahıydı, ustad!

Bir xalqın, bir elin qəlbinə dəyən,Savabı tanımaz, günahı bilməz.Ayağı altında yeri görməyən,Başının üstündə Allahı görməz!

Qəlbim səksəkədə, qulağım səsdə,Duamız dünyaya sığası deyil.Bir qarış ot qalxa qəbrimin üstə,Bu dəhşət yadımdan çıxası deyil!

Kim olub bu qədər qudurmuş, harın,Görəsən, kim salıb bunu ağıla.Peyğəmbər nəfəsli bir sənətkarın,Məzarı sökülə, qəbri dağıla!

Min dağın tufanı, min qışın qarı,Ört-basdır edəmməz bu zülmü qəti.Dünyanın ən qanlı cinayətkarı,Vallah, törətməzdi bu xəyanəti!

Gör yağı nə qədər qurğular qurub,Fəndi baş tutanda əl çalıb, Allah!Gör ustad nə qədər ucada durub,Gör düşmən nə qədər alçalıb, Allah!

Qalmışıq əlində kədərin, yasın,Çəkilmir nə dərdi, nə dağı belə.“Fələk Ələsgərtək oda salmasın,Nə xəstəni belə, nə sağı belə”!

Haqsızlıq odunda sızlayan nə çox,Nə qədər gör ölüm-itim olarmış.

Təkcə körpələr yox, balacalar yox,Qəbirlər özü də yetim olarmış!

Qulağı kar olub nəğmənin, səsin,Yaralı könlümün duyanı yoxdur.Səsinə bir mahal yığılan kəsin,Yanında bir nəfər həyanı yoxdur!

Qınama bizləri, ustad,Zaman bəd gəldi, bəd gəldi.Göz açmağa vaxt olmadı,Duman bəd gəldi, bəd gəldi.

Axdı seli, yağdı qarı.Səmti döndü bizə sarı.Zülümkəsin zülümkarı,Yaman bəd gəldi, bəd gəldi.

Ölüm oldu, itim oldu,Atalılar yetim oldu.Müxənnətdən bir him oldu,Tufan bəd gəldi, bəd gəldi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви