Çatıram Ərzrum gədiklərinə,Yenə xəyalıma xoş bir an gəlir.Ömrümün üstünə təzə bir ömür,Canımın üstünə təzə can gəlir.

İsti nəfəsindən tanıdım onu,Sevgidi əvvəli, sevgidi sonu.Hər gün təzələnir dünyanın donu,Təzə sübh açılır, təzə dan gəlir.

Çiçək dəstə-dəstə, gül qucaq-qucaq,Şəlalə zirvənin gərdənində saç.Ərzrum dağları, qollarını aç,Kərəmin dalınca Zəlimxan gəlir.

Ərzrum, 2009, iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе