Zəlimxan nə yazsa, saz dilindədi
Qığılcım ocağın bağrından qopar,Odun məhəbbəti köz dilindədi.Him-cim, kirpikçalma, işarə, eyham,Baxış dilindədi, göz dilindədi.
Kəkliyin dilində daş danışır, daş,Qəmin əsəridi gözümdəki yaş.Bizim dilimizdə nə var ki, qardaş,Nə varsa Tanrının öz dilindədi.
Gözəllər danışır mələk dilində,Mələklər danışır fələk dilində.Yazın hərarəti çiçək dilində,Qışın soyuqluğu buz dilindədi.
Həzin nəğmələri dodaqlar sevər,Nazlı gülüşləri bulaqlar sevər,Qarı nağılını uşaqlar sevər,İlahi sevgilər qız dilindədi.
Yorulmaz köhləni, büdrəməz atı,Ocaqdı, torpaqdı ömrü, həyatı.Zəlimxan nə yazsa — qoşma, bayatı,Zəlimxan nə desə, saz dilindədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-zelimxan-ne-yazsa-saz-dilindedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Vəh ki, rüsvalıq bilə əfsanə boldum aqibətVəh ki, rüsvalıq bilə əfsanə boldum aqibət,Bisərü samanlara həmxanə boldum aqibət.
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,