Ruh dilində danışdır,Şah dilində danışdır,Dünənin zəmanəti,Ruhu incə tarixi.

Ələ, şumla, ək, çevir,Torpaq axtarış sevir.Xamlamış torpaq kimi,Qoyma dincə tarixi.

Dindirəni yoxdusa,Dili-ağzı açılmaz.Tilsimini qırmasan,Xəzinəsi saçılmaz.Qapılar aç üzünə,Qoyma qapı dalında,Sıxma küncə tarixi.

Təbrizdə nələr oldu,Nələr gördük Gəncədə?Çarpışırıq min ildiYadla pəncə-pəncədə.Yüz illərdi QarabağƏzabda, işgəncədə,Tariximiz bir əzab,Bir işgəncə tarixi.

Qələmini itilə,Uzaq yollar qət eylə,Səni gözləyir, oğul,Bakı, Dərbənd, Borçalı,Təbriz, Gəncə tarixi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине