Zəlimxan Yaqubun cavab məktubu
Möhtərəm Çingiz ağalSəndən gələn məktuba cavab yazıram. Sənə yazdığımməktubu qoynunda göz açdığın, ayaq açıb yeridiyin, havasını,suyunu dərdinə dərman elədiyin, hər dəfə adı çəkiləndə sənigöyüm-göyüm göynədən Krım torpağından yazıram. O Krımtorpağından ki, onun dərdləri sənə “Yansılar”, “Annəmə mək-tublar”, “Yurdunu itirən adam”, “Onlar da insandı”, “O tor-paqlar bizimdi”, “Badam budağına asılan körpələr” adlıağrılı-acılı əsərlər, təpədən-dırnağa, başdan-ayağa böyük əzab-lardan yoğrulmuş kitablar yazdırıb.Biz ruh və qan qohumu olmaqla yanaşı, həm də dərdqohumuyuq. XXəsrin əvvəllərində və ortalarında — koxozlaşmadövründə və II dünya savaşı illərində Krım türklərinin başınaaçılan oyunlar elə həmin dövrlərdə və doxsanıncı illərdə bizAzərbaycan türklərinin, Qərbi azərbaycanlıların və Borçalıtürklərinin də başına gətirildi, Çingiz AğalBir anlığa Qırğız türklərinin böyük oğlu, sənin məşhur adaşınÇingiz Aytmatovun Manqurt obrazını, doğmaca anası Naymanananı tanımayan oğulun faciəsini, oğluna özünü tanıtdırabilməyən ananın fəryadını gözlərinin önünə gətir. Bu gün Qərbinvə Xristian dünyasının Türk və İslam aləminə qarşı ardı-arasıkəsilməz gizli və aşkar hücumları Əfqanıstanda, İraqda, Fələs-tində, Kərkükdə, Mosulda, Qarabağda bizi manqurtlaşdırmaqüçün gecə-gündüz dəridən-qabıqdan çıxır.Bu gün mənim çəkdiyim dərdləri dünən sən yetərincə çək-misən, Çingiz AğalCanın-qanın qədər sevdiyin, qəlbinin qanı, gözlərinin yaşı,ürəyinin ahı-naləsi hesabına yaratdığın bir-birindən maraqlıobrazları mən doğmaca atam, anam, qardaşım, bacım, oğlum-qızım kimi sevmişəm. Kommunizmə komolizmə deyən, KarlMarksa kala-mala deyən Bəkir ağanı, Çoban Seyidəlini,Aişənin dəli-divanəsi Rəmzini, “cinlər gavur məmləkətindəngəlir” deyən Molla Rəcəbi, Bərbər Hasanı, Əsmanı, doktorZəminə Dağçını, ölüm ayağında olan körpələrin son ümidi,xilaskarı Mələk xanımı, Mustafa Dağçını, sekretar Bilalı, Cilin-girli Səlimi doğulduğum Kəpənəkçi kəndinin adamları kimisevib tanımışam.“Hər şey bitdil Hər şey sona çatdı mənim üçün burada.Mənim kəndimin evlərində ocaqlar yanmayacaq, süfrələr qurul-mayacaq, əzanlar oxunmayacaq, ölülər məzarlara dəfn olun-mayacaq, gün işıqlanmayacaq mənim kəndimdə, mənimkəndim Tanrısız, Peyğəmbərsiz, mələksiz bir kənd olacaqbundan sonral” Bizim üçün həyatda ölüb sənin yazıçıqələmində dirilən, sənin rəssam fırçası ilə çəkdiyin Qızıldaşı,Ağlayan qayanı, Çatalqayanı, Quşqayanı, Gurzufu, Ayı dağını,Gəlinqayanı, Topqayanı, Dərmanköyü, Çadırdağı, Soyuqsusahillərini, Uçan suyu, Qaranquş yuvasını unutmaq olmur,Çingiz ağalQara dəniz sahillərindən dağlara boylanıram, dağlardanQara dənizin dalğalarını, ləpələrini seyr edirəm. Hər yerdə səni,sənin yaratdığın obrazları, tanıdığın insanları axtarıram. Harabaxıramsa sənin gözlərinlə baxıram, sənin dilinlə danışıram,sənin ruhunla pıçıldaşıram. Sənin ayağınla yeriyirəm. Çalışıramki, hər yeri piyada gəzim, nə bilmək olar, bəlkə, sənin ayaqlarıntoxunan yerə, sənin qədəmlərin dəyən torpağa mənim dəayaqlarım dəyir, toxunur.Çox sağ ol ki, bu gün it-bata düşən, tamam unudulmaqtəhlükəsi ilə üzləşən, yaddan çıxan, biganəlik girdabındaçırpınan, üstünü toz basmış yaralı tariximizi, böyük ağrılarımızıistedadın və zəhmətin hesabına bugünkü nəsillərə çatdıra bil-misən. Sənin əsərlərini mən dərdimizin dərsləri kimi oxuyuram.
Bu əsərlər həm bizim tükənməz dərdimizdi, həm də ibrətgötürüləsi dərsimiz. Tarixdən ibrət dərsi götürmək, yenidənböyük səhvlərə yol verməmək, qaçqına, köçkünə, didərginə,qəribə, kimsəsizə, yetimə çevrilməmək, vətəni qürbətə dön-dərməmək üçün keçmişə dönə-dönə qayıtmalı, keçmişi və gələcəyidüzgün dərk etməliyik, Çingiz Ağal Sirri olan özünə sirdaşaxtarar, söhbətcil adam həmsöhbət gəzər, dərdli adam özünüyüngülləşdirmək üçün həmdərd tapar. Mən də sənin saydığındərdləri içimdə gəzdirə-gəzdirə, qovrula-qovrula Krım dərdlə-rinin dərinliyinə enmək üçün həmdərd axtarırdım. Qocaları ax-tardım, ağsaqqalları gəzdim, tapa bilmədim. Ağsaqqalmıqalmışdı danışa, qocamı qalmışdı o dəhşətli illəri xatırlaya.Hamısının kökünü kəsmişdilər. Krım yaylalarında cavan oğlan-lar, körpə uşaqlar vardı ki, onlarla danışmağa çətinlik çəkir,onların ürəyinə xal salmaq istəmirdim. Ümidim yenə təbiətə,daşlara, qayalara qaldı, Krımın dünyada bənzəri olmayan qaya-larınal Axtara-axtara, gəzə-gəzə bir meşənin içində gedib “Ağla-yan qaya”nı tapdım. Ömrü neçə min illərin sirrinə sirdaş, yolunayoldaş olan bu qaya bədbəxt və talesiz, qərib və kimsəsiz birinsan kimi əməlli-başlı gecə-gündüz qan-yaş töküb ağlayır.
Dərd əymişi,Budaqdan dər dəymişi.Mən özüm dərd əhliyəm,Tanıram dərd əymişi.
“Sən də yardan yaralısan,Duruşundan qanıram mən”.
İki dərdli bir-birini tapmışdı. Ağlayan qaya ilə söhbətimiztutdu, səni tapa bilməsəm də mən öz həmdəmimi, həmsöhbətimitapmışdım. İnsanlarla danışmaq mümkün olmayanda nə yaxşıqayalar varmış, sərt, uca, möhtəşəm, kövrək, sirr saxlayan, sirraçan qayalar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-zelimxan-yaqubun-cavab-mektubu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu görüşdə iştirak edənlərin hər biri bir canlı tarixidi, Vətənin, həsrətin, qürbətin, sürgünün tarixi. Dəniz
Borçalının bir tərəfi AxıskaQoca bir Axıska türkünün ayağa durmasıyla ağzınıbayatıyla açması bir oldu:
Sürgün yerlərində qalan qəbirlərTale bəndəsinə qismət yazandaQəribin adına qürbəti yazdı.
Anam danışırdı...Anamın yanında iki sözü işlətməkdən həmişə çəkin -mişik: “sürgün” və “yetim” sözlərini. Bu sözlərdən bi -