Bulaqlı adlıBir dağ başındaBalaca kənd var.İlin yazında,İlin qışındaO gözəl olar.Altından axırDəli dağ çayı.Kəsilmir bir an,Səsi, harayı.Sıx meşəlikdirKəndin dörd yanı.Gəzsən dünyanı,Belə yer hanı?

Çəndən, dumandanYorğanı vardır.Dağı-dərəsi,Yarğanı vardırSərhəd kəndidirBu balaca kənd.Suları buzdur,Meyvələri qənd.Burda böyüklər,Yaman sayıqdır.Burda kiçiklər,Qazdan ayıqdır.Dəli çayda birKörpü var ancaq,Çoxdandır onaDəyməmiş ayaq.Sərhəd bu qədimKörpüdən keçir.Elə bil çayıYarıb, tən keçir.

Yenə qar yağır,Hər yan qapqara.Külək səhərdənVerməyir ara.

Yuxudadır kənd,Yatmışdır hamı.Qar altındadırEvlərin damı.

Nə səs-səmir var,Nə işıq gəlir.Şiş bacalardanTüstü yüksəlir.

Kəndin başındaTək evə bax sən.İşıq süzülürPəncərəsindən.

I

Gecə keçib yarıdan,Od düşüb buxarıdan,Yenə körpü sarıdanƏsir bərk külək.

Masa arxasında bax,Oturmuşdur bir uşaq.Ona mane olmayaq,Fikrə gedib tək.

Bəzən çatılır qaşı,Bəzən əyilir başı,Nədir kiçik DadaşıBelə incidən görək.

Məktuba bir bax,Qalaq-qalaqdır,Saya da gəlməz –Neçə varaqdır...

Götürür, baxır,O bircə-bircə,“Yaman gödəlir,Deyəsən gecə!”Sabah yazıdanBeş alsam əgər,Bu, lap mənimçinDünyaya dəyər.

“Mənim atam”dırYazının adı.Bəlkə yazdığımYaxşı olmadı?!Yox, yox ay Dadaş,Xəyala getməGözlərində yaş.Sənin atan təkNamuslu, zirək,Atası olsunHər uşağın kaş.Bilirəm ki, mən,Gəlsə əlindən,Gəzib dünyanı,Eli, obanı,Çay tək daşarsan,Dağlar aşarsan,Ararsan onu.Hər gördüyündənSorarsan onu!

Bilirəm ki, mən,Gəlsə əlindənƏgər ay Dadaş,Ata sevgisiDoğma elindənQoparar səni,Cəbhəyə birbaşAparar səni.Milyon əsgərin

Arasında sən,Ata! deyərsən,Ararsan onu!Hər gördüyündənSorarsan onu!Atan zirəkdi,Bu kənddə təkdi.Onun gücünəTay olmamışdı,Onun atdığıZay olmamışdı.Bilirəm ki, mən,Almış əlindənOnu cəbhələr.Qəlbini sıxma,Oğul darıxma,Qayıdıb gələr!Bax qarşındakıBu məktublara,Hər sualınaMin cavab ara.Sabah atandanCəsarətlə yaz,Məhəbbətlə yaz!Öz atasınıSevən bir uşaqƏsla unutmaz!Sənin tək qoçaq,Fəxr edər ancaq!

II

– Salam, el oğlu!..Durdu yaralı.Elə bu zamanOndan aralıKolun dalındanBir əsgər çıxdı,Tez yaralınınƏlini sıxdı.

– Xoş gördük!– Salam!– Haraya belə?Deyən cəbhədənDönürsən elə?– Elədir ki, var.Aman vermədiYara zəhrimar.– Düzələr əşi.Elə belədirDünyanın işi.Yenə şükr eləSağ-salamatsan.Ordan qayıtmaqHeç deyil asan.– Elədir bəli...(Yaralı onaBaxır şübhəli)Soruşur: – Bəs sən,Hardan gələnsən,Hara gedənsən?Əsgər bir anlıqTez fikirləşir.Papiros eşir,Deyir: – Bu kəndə!Sənin kimiyəm.Eloğlu, mən də.– Bulaqlıyamı?– O kəndə, bəli...Nələr törətmir,Düşmənin əli!Şükür olsun anaTorpağındayam.Bir dost evininSorağındayam– Kimdir o dostun?– Rəhmətlik Səfər...Cəsur bir əsgər!

(Yaralı birdənDim-dik atıldıDurduğu yerdən).Dedi: – Kimi varBəs Bulaqlıda?– Eh, dostum, kişiGedəndə bada,Can verib dedi:– Oğlum Dadaşdır,Dərdi qəlbimdəAğır bir daşdır.Sonra çeviribMənə üzünü,Söylədi yazıqAxır sözünü.Dedi: – SalamatÇıxsan davadan,Sən DadaşımaHayan ol, hayan.Axtar, tap onuCəbhə dostununYetim oğlunu.Odur, düşmüşəmİndi yollara,Canım, mən haraBu dağlar hara?!Yaralı əsgərDedi: – Min yaşa!Nə gündə yararYoldaş-yoldaşa?Yazıq, gör nələrÇəkmişdir başı!Birdən söyləməGörsən Dadaşı.– Uşağam məgər?Yaralı əsgərDedi: – Bəs SəfərÇoxdanmı getmiş

Söylə rəhmətə?– Eh... Nə deyim mənBu təbiətə!..Çoxdan deyildir,Altı ay olar.VuruşmadaydıBizim alaylar.O kişi öldü,Mən də...– Sən necə?– Dəydi qolumdanGüllə bir gecə,Çıxdım aradan.Əsər qalmayıbİndi yaradan.Ancaq SəfərinDərdi ağırdır.Min bir yaradanYaman ağrıdır.Yaralı əsgərDedi: – Səbr eləDünyanın işiBelədir, belə...Gedib görərsən,Ürək verərsən.Arxasında varSənin tək əmi,Onun nə qəmi?Beləcə onlarKəndə girdilər.Axşam düşmüşdü,Qarışmışdı şər.Yaralı əsgərDedi: – Eloğlu,Hələ mən gedimGərək bu yolu,Sən gəlib çatdın.Bulaqlıdasan.

Mənimsə işimDeyildir asan.Qonşu kənddənəmDi, salamat ol.– Xoş gəldin, dostumSənə yaxşı yol...

III

– Ay ev yiyəsi,Ay ev yiyəsi...Dadaş otaqdaEşidir səsi.– Kimsən ay əmi?– Bala bayaqdanYordum çənəmiGəlib çıxsana...– Buyurun əmi,Keçin eyvana,Haradan beləBu axşam çağı?– Belə qarşılarAdam qonağı?Bitib qurtarmırBu yol zəhrimar;Evdə özünsən,Yoxsa adam var?– Təkəm. Məgər mənAdam deyiləm?Adamsan, yenəİstədim biləm...Deyəsən adınDadaşdır...– Dadaş!– Yaxşı gəlmişəmDeyəsən birbaş.– Hardan gəlirsən,Əmican?– Dayan...

Xəbər var sənə.Kimdən?Atandan.– Atamdan? Xəbər?Qardaşım Səfər...Yox, qardaş oğlu,Otağa keçək.Sözüm-söhbətimUzun çəkəcək...Tamam özünüİtirdi uşaq.“Xəbər gətirmişAtamdan qonaqAdımı çəkdi,Heç deməmiş mən.Dedi xəbər varSənə Səfərdən”.– Buyurun əmi,Qızının barı...Qonaq üstündənÇırparaq qarı,Girdi otağa.Diqqətlə baxdıO, sola-sağa:– Anan hardadırSoruşmadım heç?– İş üstündədirEvə dönür gec.Sarı inəyiNədənsə bu qış,Bərk naxoşlamışOnun yanındaOlur hər gecə.Əmican, danışDe görüm bircəAtam...– Səfərdən,Oğul bir xəbər

Gətirmişəm mən..Sağmı?..– Dayan bir!Mənim də qəlbimDaşdan deyildir.– Ölübmü?– Gözlə!Demək olmayırAy bala, sözlə.Bir az yaxın gəl...Altı ay əvvəlBir axşam çağıDaşı-torpağıSovurdu düşmən.Qardaş olmuşuqAtan ilə mən.Batıb palçığa,Torpağa, quma,Keçdik hücuma.Çiyin-çiyinəGetdik bir qədər.Bir də nə gördüm?Qardaşım Səfər,Yıxılmış yerə,Qan içindədir.Dedim: – Bu nədir?Dedi: Qardaşım,Gözləyir məniOğlum, Dadaşım!Ölsəm əmi təkHayan ol onaCəbhə dostununYetim oğluna...– Tez deyin, əmi,Sağdır, yaşayırAtam, eləmi?– Yara ağırdı...Dadaş! Qışqırıb

Səni çağırdı...Sonra?– Nə deyim, indi?Dizimin üstəKişi keçindi...Dadaş çığırdı,Haray qopardı.Onun dağ boydaBir dərdi vardı.Qonaq bağrınaBasdı Dadaşı,Uşağın üstəƏyildi başı.Nəsihət etdi,Ürək də verdi:

– Unut, – söylədi –Oğlum, bu dərdi.Maşallah, dahaKiçik deyilsən,Mən də burdayam,Hər nə istəsənMümkündür ancaq.Ağlama nahaq.Bir az səbr elə.Sözə qulaq as.Dur, geyin gedək,İşim var bir az,

– Nə iş? Anama,Xəbər aparaq?– Yox, oğlum, bayaqBura gələndəİtirdim yolu,Bir az şey-şüyləƏllərim dolu.Gedib çıxmışamBirbaş körpüyə...– Necə, körpüyə?Əmican, niyə?

– Nə bilim əşi,Düz gəlməyəndəAdamın işi,Lap körpüdən dəO taya düşər.– Orada adamYox idi məgər?– Adam?Bəs necə?!– Orada adamNə gəzir gecə?– Siz ki, gələndəGecə deyildi?..– Sorğu-sualaÇəkirsən indi?..Vallah, ay Dadaş.Qoçaqsan, qoçaq.Səndən bir böyükAdam olacaq.Ayıq ol, oğlum,Həmişə belə.Bir də görərsənTutarlar dilə,Nə bilim, bu çay,Dərindir, dayaz?O taya üzməkOlar, ya olmaz?İtləri varmı,Atları varmı?– Demək olarmı?!– Əlbəttə olmaz!Dediyim budur,Ay oğul, bir azAyıq olasan.– Məndən söz almaqDeyildir asan.– Bax bərəkallah!– Bəyəndim səni.

Söhbətə verdikBütün gecəni

... Hə oğul, birdən.İtirdim yolu.HədiyyələrləƏllərim dolu.Gedib birbaşaKörpüyə çıxdım.O yana baxdım,Bu yana baxdım.Dedim ki, vallahŞeytan işidir,ŞübhələnərlərBu yad kişidir,Tutub elərlərElə bir təhərBasdırdım qardaHədiyyələri.Dedim səninləDönərəm geri,Dur, geyin...– Ancaq...– Nə ancaq? Tələs!– Ancaq anamaSöyləməyim bəs?– Yox, nəyə lazımSalaq dad-bidad?Evdə hər şeyiBilməz ki, arvad?– Onda ki, beləTələsirsiniz,Bir az gözləyinMəni evdə siz.Bir dostum vardırSərhədçi Petro.Çox igiddir o,Söyləyim ona,Əmi, bu sözü.

Bizi körpüyəAparar özü.Rahat, salamat,Gətirrik geriHədiyyələri.– Yox qardaş oğlu,Bu da olmadı.Adı nədir? OSərhədçi Petro?Nə bilsin ordaBombadır, şəkər?Sonra o yana –Bu yana çəkər.Yaxşısı budurÖzümüz gedək.Tezkən şeyləriÇəkib gətirək.– Geyinim, gəlim.Dedi qonağa,Keçdi tez DadaşQonşu otağa.Qonaq sevindi,Qımışıb, dedi:– Belə edəydinBayaqdan barı...

... Dadaş qayıtdı:– Əllər yuxarı!Diksindi qonaq.Bayaqkı uşaq,Sıxıb döşünəQoşalüləni,Deyir: – Tərpənmə,Vuraram səni!– Dadaş, ay Dadaş,De, bu nə işdir?– Artıq danışma,Qabağa düş bir!

Qapıya çatdı,Dil tökdü, ancaq,Öz inadındanDönmədi uşaq.Qonaq yavaşcaQapıya çatdıO, tez əliniDəstəyə atdı,Örtdü cəld onu.Qoydu otaqda“Qardaş oğlunu”.Dadaş şığıdıTez pəncərəyə,Qışqırsın: – Tutun,Qoymayın! – deyəAmma nə gördü?GözləmədiyiBir səhnə gördü:Beş-on sərhədçiTutub qonağı.Əsir qonağınDili, dodağı.Çəkdilər onuEvə bir təhər,Girdi qapıdanYaralı Səfər,Dedi: – Bu nədirƏziz qardaşım?Yetim deyilmişMənim Dadaşım.Qonaq itirdiTamam özünü.Səfəri görcəkSildi gözünü,Diqqətlə baxdı.Bu ki, yoldakıHaman axsaqdı...– Ata! – çığırdı

Dadaş gülərək.Atayla oğulÖpüşdü bərk-bərk,Axtaran zamanQonağı birdən.Bir kağız çıxdıOnun cibindən.Dadaşın rəngiOldu sapsarı,Kim vermiş onaBu kağızları?Sinif yazısı.Mənim “atam”, – bəs?!Qonağa baxdıSərhədçi tərs-torsDedi: AydındırBizə məsələ.Casus yazınıKeçirmiş ələ.Bilmiş nəçidir,Hardadır Səfər,Neçə nəfərdirEvindəkilər.Kənddə qalıbdırBircə övladı,Dadaşdır adı.Bilmiş beş aydırGəlmir məktubu,Bir casus üçünAz şeydirmi bu?Yaxşı ki, SəfərYolda çaşmayıb,Kim olduğunuOna açmayıb.Qonaq qabaqdaBağlı qolları,Onlar yol aldıKörpüyə sarı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов