Birisi pəhləvan deyib özünə
Birisi pəhləvan deyib özünə,Yaxına qoymadı bir pəhləvanı.Qüvvət toplamayıb əsla dizinəO, qalxan eylədi sözü, böhtanı.
Ay ötdü, il keçdi... Dolandı zaman,Çirmənib girmədi heç vaxt meydana,Qırılıb töküldü tutduğu qalxan,Bir insan pəhləvan demədi ona...
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-birisi-pehlevan-deyib-ozune
Клавиши ← → для перехода, R — случайное стихотворение