Üç tərəfin boz dağlardır,Qabağında Qara dəniz –Mavi gözlü pəncərə,Koktebel!

Pəncərədən dan sökülürPəncərədən gülür həyat,Biz baxırıq səhərə,Koktebel!

Pəncərədən şər qarışır,Qızıl telli günəş batır,Pəncərədə doğur Ay,Koktebel!

Sahillərdə kimsə olmur,Qışqırışıb qağayılarSularda salmır haray,Koktebel!

Göy bağlara, bağçalara,Uzaqdakı təpələrəÇökür gözəl bir sükut,Koktebel!

Parladıqca ağ ulduzlarNə dağlarda duman olur,Nə göylərdə bir bulud,Koktebel!

Doğma Krım torpağında –Sənin cənnət qucağında,Qəşəng olur gecələr,Koktebel!

Könlüm uçub yuvasındanVəhşi bir çöl bülbülü təkAğaclarda gecələr,Koktebel!

Gündüzünün bir hüsnü var,Ay çiməndə dalğalardaGecənin də bir hüsnü,Koktebel!

Ölmərəm mən bir də görsəm,Qara dağı, Filbaşını,Bu növrağı, bu günü,Koktebel!Koktebel!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов