Kilkə

Bir sümük, bir dəri olsan da qədimdən, kilkə,Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.

Baba Pünhan19961 dəq
Gecələr ağladı

Dərdinə hər yan, gecələr ağladı.Tapmadı dərman, gecələr ağladı.

Baba Pünhan19971 dəq
Bağlı binaya göndərib

Həşr gəlincə Pünhanı, rəbb haraya göndərib,İsmini gizli saxlayıb, beytini «ayə» göndərib.

Baba Pünhan19971 dəq
Budur ölsəm kəfənim

Elə bir kürsüdəyəm piylənir hər gün bədənim,Handa bir enli kresloya da yerləşmir enim.

Baba Pünhan19981 dəq
Başda baş bədənsiz olar

Xəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.

Baba Pünhan19981 dəq
Vətənimdir

(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.

Baba Pünhan4 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.