Ay Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.Doğra bağrım kababa tax,Sal ataşa, közə, kəklik.

Gəl üzünə tutma pərdə,Əqil gedib - yoxdur sərdə.Səni görən aşıq dərdə,Çətin-çətin dözə, kəklik.

Tərlan baxışına heyran,Mən xəstəyəm, sənsən loğman.Qurban canın eylər qurban,Üzün sürtsə üzə, kəklik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri