Qoynun səkkiz cənnət bağı,Taydı cənnət, sinəsinnən.Car olub köçər bulağa,Axır şərbət sinəsinnən.

Sevgim bu gün bağa gəldi,Oxuyan şeyda bülbüldü.Ətri müşki-ənbər güldü,Verir ləzzət sinəsinnən.

Qurbanı saldı xəyala,Ləblərin bələnib bala,Bəlkə verə bir piyala,Qıla ülfət sinəsinnən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri