Qəddi dal, eyni zay olsam da, gülüm,Yenə də pür kamal həvəsdi çalım.Qəm çökdü sinəmə eyləyə zülüm,Bir gətir sazımı, a Bəsdi, çalım.

Piranələr halı müdam müdhişdi,Halətimə körpələr də gülüşdü;Naqafil yadıma keçən gün düşdü,Söylə bəmdən çalım, ya səsdi çalım?

Bəşər qəmli qüdrətindən yaranı,Xaliq xəlq eyləyib qəlbdə qaranı.Dilləndirib tez kəsərəm aranı,Həm desəm bu Alı növrəsti çalım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri