Qövlü bəla belə qurulubHəqiqət dövran gələcək.Mən deyirəm yəqin bilinQiyamət divan gələcək.Çalışgınan savab qazan,Savabsıza yan gələcək.Somu Salatınnan bezən,Qətranı qazan gələcək.

Anadan olduğun günü,Bilginən ki, qəzan vardır.Nə iş tutsan bu dünyada,Xeyir-şəri yazan vardır.Sağır-fağır incitməsənYaxşı əməl düzən vardır.Torpaq altda lət içindəNəkreyilə can gələcək.

İnsi-cinsi ol yaratmışÇəkəcəkdi qəhri-qəza.Onun tutduğu əmələVerəcəkdi əhli cəza.Çalışgınan yetim doydurPis əmələ uyma əsla.Uruhlar da cəm olacaq,Qıl körpüyə can gələcək.

Tam uruhlar ərəfəyəTamam orda cəm olacaq.Nameyi əməl əllərindəSorğu-sual qurulacaq.Yaxşı əməl ol cənnətəPis əməlli tam yanacaq.Ərəsət məhşər olacaq,Sahib əzzaman gələcək.

Cəm olarlar ərəsətəMəhəmməd Mustafa gəli,Aşıq Alı, sənin ağanƏliyi Mürtəza gəli.Fatimeyi Zəhra iləHəsəni Müştəba gəli.Zülüm ərşə dayananda,Şafeyə Hüseyn gələcək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri