Mənəm bağban, sənsən bağça.Bağı gözlə, gözlə sən;Doldurubsan, ver qədəhi -Sağı, gözlə, gözlə sən.Nairzalı girmə bağa,Bəlkə qəbul etmədi;Əl uzatma, sındırarsanTağı gözlə, gözlə sən.

«Lam» Leylidi, «mim» Məçnundu,Məcnun yə'ni ki, cünun;Xirqəni çək başına,Bədə yerində bürün;Leyli vədə verdi, bir ilOnu gözlədi Məcnun;Mənəm Leyli, sənsən Məcnun,Dağı gözlə, gözlə sən.

“Əlif”-Allah, «bey» - peyğəmər,«Mim»- Məhəmməd Mustafa;«Cim» –Cəbrayıl vəhy kətdi,Yazılıbdı xoş səda;Şə'ninə ayə xətm olu,Əlasan, qulkəfa;Alıiın köysünə çəkməDağı gözlə, gözlə sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri