Bülbül gülü sevirsə də, gül xarə yar olur
Bülbül gülü sevirsə də, gül xarə yar olur,İstəklin əhli-hüsn ola, bietibar olur.
Layiq deyildir hər gözələ aşiq olmağın,Qanuni-eşqi kim ki, bilər, bəxtiyar olur.
Etmək gərəkdir təcrübə eşqin bəlaların,Səhv eyləyən bu işdə inan, qəmküsar olur.
Mən bir rəqibə mail olan yarə mailəm,Gahi mənimlə, gahi rəqibə, düçar olur.
Lazımdır indi, səbr eləsin əhli-eşq olan,İbrətlə baxmayan bu işə biqərar olur.
Kaş, eylə nazənin gözəli sevməyəydim heç,Vahid, bu fikirdən ürəyim tarimar olur.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-bulbul-gulu-sevirse-de-gul-xare-yar-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoş olmasaydı cahanda məali-hürriyyət,Həqiqətən, olamazdı məqali-hürriyyət.
Məktəb nə deməkdir?Məktəb demək insanlar üçün xaneyi-ibrət,Məktəbdir edən növi-bəşər ruhunu rahət.
ƏlacımızNə Xızra bağlıdır, nə Məsihə əlacımız,Zəhmətlə hasil olmalıdır ehtiyacımız!
Hürriyyət tərənəsiBizi mərdanə doğmuşdur təbiət ibtidasından,Ədunun qorxmarıq qanlar tökən növki-cidasından.
Başqa şairlərin şeirləri · Eşq
Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,