Gözəlim, gözlərinin söhbəti hər yanda olur
Gözəlim, gözlərinin söhbəti hər yanda olur,Bu məlahətli baxışlar quzu ceyranda olur.
Bir əlac et mənə, istəkli təbibim sənsən,Aşiqin çarəsi öz sevdiyi cananda olur.
Bülbül istər gülü, tuti şəkəri, mən də səni,Eşq sevdası bu üç aşiqi-nalanda olur.
Nə təbiət görüb ömründə, nə dünya yetirib,O gözəllər ki, bizim Azərbaycanda olur.
Gül əgər bülbülü incitsə, vəfasız deməyin,Qızların taqsırı olmaz, günah oğlanda olur.
Bu gözəllik ki, sənin var, gözəlim, insafən,Nə mələkdə, nə pəridə, nə bir insanda olur.
Mübtəla könlümə bilməm, nə olub, hər gün itir,Axtarırkən yenə ol zülfi-pərişanda olur.
Vahidin bəlli deyil məskəni pərvanə kimi,Gah şəmə dolanır, gahi gülüstanda olur.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozelim-gozlerinin-sohbeti-her-yanda-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.
Can sağlığıYaxşı bil, ay kişi, cansağlığının qiymətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini,
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Fərsiz oğulLap gətirdin məni, ay fərsiz oğul, təngə, zara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.