Can sağlığı
Yaxşı bil, ay kişi, cansağlığının qiymətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini,
Bax, fərəhlən bu qədəh qaldıran oğlanlarına,Mum günündə bular hər yerdə yetərlər karına.Gündə sağlığına içirlər, barı şükr et tarına,Fövt qılma belə keyf aləminin fürsətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini.
İndi dörd bir tərəfdən buruğun fantan atır,Kiçik oğlun mağazinlərdə araq, pivə satır.Biri bəzzaz malını metrəyə üç sant uzadır,Biri zavmaq, o da yağ, pendirə şey-mey də qatır.Gör bu fəxr etdiyin oğlanlarının qeyrətini,Vətənə, xalqa “sədaqətlə” olan xidmətini.
Sən sovet tərbiyəsin yaxşıca görsəydin özün,Tez görərdi belə nöqsanları hər yerdə gözün.İndi varmı bu suala elə layiqli sözün?Düşünürsənmi, sənə yağdırır el nifrətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini.
196.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-can-sagligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qadınla yüksələcək şəni Azəristanın,Olursa tərbiyə uğrunda səyi nisvanın.
Tofik Fikrətə bənzətməBir yerdə ki, hala ucalırkən bəşəriyyət,Vəhşiliyi pamal eləyirkən mədəniyyət,
ZərbəçilərBu gün fitlər gün doğmadan səsləndi,Dəniz coşa gəldi, göllər tərpəndi.
ÖlkəmizinSalıbdır aləmə şöhrət səfası ölkəmizin,Gözəlləşir günü-gündən binası ölkəmizin.
Başqa şairlərin şeirləri · Vətən
Öz nəfsinə dünyada kim uymuş – ona bir quş,Qonşu ac ikən, badə edər nuş – ona bir quş.
Halın necədirAy Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?
Yurduna ağlayan anaSoyuq çadıra sığınıb,Dizin qucaqlayan ana…
Tarixi yaradanlarSağ olsun ulularım,İşığı ərzə düşən