Xəbər var
Eyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Uprovdomu yazsam, deyəcəksən, onu yazma.Ev damsa, cəhənnəm, uçulur balkonu, yazma,“Bakqaz”la sudan yaz, işığı, telfonu yazma,Yüz yol yazılıb, bir də yenə eyləmə təkrar,Ver izn yazım, gör nə qədər məndə xəbər var...
Vardır hələ nöqsanlı cəhət çox mağazində,Yaz işçilərin, qorxma, müdirin lap özün də,Yaz, qənd tozunun un da satırlar əvəzində.Qəlbirləyən olsa, çıxacaq batmana xalvar,Ver izn yazım, gör nə qədər məndə xəbər var...
Bir kimsə tramvayların heç qeydinə qalmır,Parkın da müdiri bu işi sahmana salmır,Vardır çox adam pul verir, amma bilet almır,Olmazmı bu sirrin səbəbin eyləmək aşkar?Ver izn yazım, gör nə qədər məndə xəbər var...
Dəlləkləri də bilmə elə biqanacaqdır,Onluq verənin tez başına fırlanacaqdır,Beşlik ki görür, qaşqabağı sallanacaqdır,Saç-saqqalı qırxdıqca olur müştəri idbar,Ver izn yazım, gör nə qədər məndə xəbər var...
Kitabxana.az · https://kitabxana.az/works/vahid-xeber-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dumanlı dağların başında durdum,Dumandan özümə bir xeymə qurdum.
OlurCəfər Xəndana*Şairim, xatirin küsməsin məndən,
Bu bayramdaKönüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Küsmüsən məndənEşitdim, sevgilim, küsmüsən məndən?Qaçırma bülbülü öz çəmənindən.
Başqa şairlərin şeirləri · Satira
Hüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!")Sən beləsənmiş, balam, ay barakallah sənə!..Fisq imiş əmrin tamam, ay barakallah sənə!..
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!