Bu gün bir hikmət görmüşəmAləmə iman verir,Yediyi təkrar yeyilir,Hamsını tamam verir.Özü aləmi doyurur,Nalə çəkir acam mən,Onun nə ki, yeməyi var,Cəmini insan verir.

Bir başı var, bir ayağıQafası göydə durur.Çəkilibdi kamanıyaDabanı ayda durur.Nə vaxtı var, nə vədəsi,Hesabı sayda durur,Hər gələndə xərac alır,Hesabınan san verir.

Gəl, biçarə Aşıq Alı,Qoyma ola sözün kəc,Onun bir adəti vardır,Gah tox olur, gah da ac.Özü elə hökm eləyirHər gələndən alır bac,Doğruluğnan hesab alır,Düzlüyünnən nan verir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri