Göstərim
Ay aşıq, cənbərək meydanına gəl,Mərifət elmində sirri göstərim.Noxtalıyım, palan salım belinə,Sənə bəyəndiyin yeri göstərim.
Saqqalın bulaşıb quymağa - yağa,Xub yaraşır sənin kimi ulağa.Əgər yolun düşsə Güllübulağa,Maral yatağında nəri göstərim.
Tapdadın arada olan hörməti,Aşiq Heydər verdi sənə qiyməti.Bağlayım başına güllü heyratı,Öksüzü gəzdirim, piri göstərim.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-gosterim
← → düymələri ilə keçid, R — təsadüfi şeir