Nikolaiyə
1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti
Əziz və əzəmətli dostum müsyö Nikolai!
Sizə məlum olan kitabın farscası dəftərə yazılıb hazırlanmışdı. Ona görə də fevralın 17-də sizin adınıza Parisə teleqraf vurub soruşdum ki, o kitabı sizə göndərmək üçün Tiflisdəki Fransa konsuluna verə bilərəmmi? Teleqrafın pulunu isə hər iki başa, yəni həm xitab, həm də cavab üçün Tiflisdə vermişdim.
Fevralın 20-də sizin hörmətli arvadınızdan cavab gəldi ki, siz halhazırda Tehrandasınız. Bu xəbər məni fikir-xəyal dəryasına qərq etdi. Bilmədim ki, siz Tehrana müvəqqəti getmişsiniz və ya orada qulluğa təyin olunmuşsunuz. Sizin orada qalmağınız çoxmu çəkəcəkdir? Buna görə də həmin məktubu yazmaq qərarına gəldim. Sizdən soruşuram: Tehrandamı qulluq edəcəksiniz, yoxsa Parisə qayıdacaqsınız? Əgər həqiqətən sizin Parisə qayıtmağınız uzun çəkərsə, o zaman mən böyük naümidliyə düçar olacağam. Çünki sizdən başqa həmin kitabı fransız dilinə tərcümə edə bilən başqa bir adam tanımıram. Kitabı Tehrana da göndərə bilmərəm. Bu iş təhlükəlidir.
Belə isə, sizdən çox xahiş edirəm ki, bu yaxınlıqda Parisə qayıdıb-qayıtmayacağınızı mənə xəbər verəsiniz. Əgər tez qayıtmış olsanız, məlum kitabı Tiflisdəki Fransa konsuluna verim ki, cənabınıza göndərsin. Əgər sizin qayıtmağınız uzun çəkəcəkdirsə, o zaman bu kitabı kimin vasitəsilə və köməyilə fars dilindən tərcümə etməyin mümkün olmasına dair məsləhətinizi mənə yazın! Artıq zəhmət vermirəm.
Dostunuz kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
24 fevral 1874-cü il. Tiflis
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-nikolaiye-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır:Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”.
Həzrət SədirətpənahaHəzrət-Sədarətpənahın yüksək nəsəbli hüzuruna Allah onun cəlalını daimi etsin!**Zati-ali imperatorzadə Qafqaz cani- şini xidmətində islam dilləri mütərcimi mayor Mirzə Fətəli Axundzadədən*
Yazılı məruzə (Kruzenşternə)Qafqaz canişinliyi baş idarəsinin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**23 aprel 1863-cü il, Tiflis*
A.F.KruzenşternəBaş idarənin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**1863-cü il*
Başqa şairlərin şeirləri
Ey büt-i rənayi-zaman əskinas,Şahid-i zibayi-cahan əskinas,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,