A.F.Kruzenşternə
Baş idarənin mütərcimi mayor Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi
1863-cü il
[a.f.]kruzenşternə
İki ay müddətinə Konstantinopola getmək üçün valahəzrət imperator canişinindən icazə alaraq, özümə xarici pasport çıxarmışam və həmin may ayının sonlarında yola düşmək fikrindəyəm. Bununla əlaqədar olaraq, zati-alilərinizə müraciətlə, acizanə xahiş edirəm ki, mənə himayənizi başa çatdıraraq, valahəzrət imperator canişinindən Konstantinopoldakı Rusiya səlahiyyətli nazirinin ünvanına mənim barəmdə bir tövsiyə məktubu almaq üçün vasitəçi olasınız. Çünki mən tatar dilində yazdığım və alman jurnalı, fransız qəzeti və habelə bizim məşhur tənqidçimiz mərhum O.İ.Senkovskinin tərəfindən böyük tərifə layiq görülən altı pyesimi və bir hekayəmi Türkiyə Elmlər Akademiyasına təqdim üçün səlahiyyətli nazirimizin müsaidətinə müraciət etməli olacağam.
Zati-alilərinizə məlum olmaya bilməz ki, mərhum Tengeborskinin mənə qarşı bədxahlığı nəticəsində, əvvəllər aldığım maaşın təxminən üçdə bir hissəsindən məhrum olduğum zamandan bəri, maddi vəziyyətim müəyyən dərəcədə ağırlaşmışdır. Ona görə də cənabınızı zəhmətə salmağa cəsarət edərək, eyni zamanda acizanə xahiş edirəm ki, bu səfər zamanı yol xərci üçün mənə bir qədər pul yardımı vermək barədə valahəzrət imperator canişininin sərəncam verməsi haqqında da vəsatət edəsiniz.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-a-f-kruzensterne-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İngilis filosofu Con Stüart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir:– Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar.
1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyətiMəşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixiYer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surətiYüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.
Başqa şairlərin şeirləri
Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.