Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi
Məzmun
- Xristofor kolumbun doğulması
- Xristofor kolumbun gəncliyi
- Portuqaliya şahzadəsi henrixin
- Məlum olmayan torpaqları kəşf etmək
- Sahəsində nailiyyətləri haqqında
- Kolumbun lissabonda sakin olması və
- Mühit dənizinin o tərəfindəki bə’zi
- Adalar haqqında müxtəlif xəbərlər
- Qərbin o tərəfində namə’lum torpaqların
- Olması haqqında xristofor kolumbda
- Təsəvvür yaradan səbəblər
- Kolumbun portuqaliya padşahına
- Təklifi
Səhifə 1 / 3
Yer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.
Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.
Birinci fəsil
Xristofor kolumbun doğulması
Xristofor Kolumbun uşaqlıq illəri haqqında düzgün mə’lumat yoxdur; onun doğulduğu yer və vaxt da mə’lum deyildir, ata-babası da unudulmuşdur. Dostlarından biri yazmışdır ki, o, təxminən 1435-ci, 1436-cı ildə doğulmuşdur. Kolumbun doğulduğu yer haqqında bir çox ehtimallar vardır; düzgün söz budur ki, o, Genuya şəhərində doğulmuşdur. Kolumbun əsil-nəsəbi haqqında fikirlərdə də ixtilaf vardır. Bə’zi nəcib sülalələr onu öz ailələrindən sayırlar. Amma Kolumbun oğlu Ferdinand – ki, atasının tərcümeyi-halını cəmləyəndir, – bu sözləri rədd edir və deyir ki, onların nəsli atasının dövrünə qədər adsızsansız idi; ancaq atası şöhrət qazanmışdır.
Kolumbun qohumları yoxsul olsalar da, həmişə yaxşı və hörmətli şəxslər olmuşlar. Kolumbun atası həllac bir adam olub Genuya şəhərində yaşayırdı. Onun üç oğlu var idi: böyüyü Xristofor Kolumb, ikincisi Varfolomey, üçüncüsü isə Çakomba idi ki, Əndəlis tarixçiləri onu Diğo adlandırırlar. Çakombanın bir qızı var idi ki, onun əri Vavarella adlı alçaq adamlardan biri idi. Kolumbun tərbiyəsi kamil olmasa da, ancaq bu xüsusda atası mümkün qədər hümmət sərf etmişdi. Xətti o qədər yaxşı idi ki, əgər güzəranı çətin keçsə idi, xoşnəvisliyi ilə özünə ruzi qazana bilərdi. Bundan başqa o, riyaziyyat elmi və nəqqaşlıq sənətini də yaxşı bilirdi. Bir müddət Lombard məktəbində oxuyaraq, sərf-nəhvi və latın dilini öyrənmişdi. Kolumb gəmi sürməkdə də artıq məharət qazanmışdı. O, riyaziyyat, coğrafiya və elmi-nücumu mükəmməl oxumuşdu. İlk gənclik zamanı onda gəmi sürməyə və coğrafiyaya həvəs oyanmışdı və bu həvəslə o, həmin iki sahənin elmlərini mükəmməl öyrənmək üçün artıq dərəcədə hümmət sərf edirdi.
Son zamanlarda, yə’ni Yengi Dünyanı tapdıqdan sonra Kolumb özünün gəmi sürməyə və coğrafiya elmlərinə olan bu həvəsini ilhamiqeybi və səmavi vergilərdən sayırdı. Bu, həqiqətən belə idi. Çünki heç yerdə görülməyib ki, bir həllac oğlu fasiləsiz olaraq tamam on beş il aramsız bu padşahın, o padşahın qapısına gedib öz məqsədini başa çatdırmağa kömək almaq üçün yalvarıb-yaxarsın, camaatın gözündə dəli kimi görünsün, heç kəsin tə’nə və əziyyətindən ümidsizliyə düşməsin, əksinə, bunlar onun şövq odunu günü-gündən alovlandırsın və nəhayət, ondan misli təsəvvür oluna bilməyəcək böyük bir iş zahir olsun. Bəşər ağlı bu mübhəm hadisəni dərk etməkdən aciz qalır. Qeyri-ilham və səmavi vergi olmasa, başqa yol ilə heç kəsə belə bir hal üz verə bilməz.
Kolumbun əsri çoxlu ixtiraların baş verdiyi əsrlərdəndir. İnsanların cəhaləti, din və məzhəbə uyması nəticəsində coğrafiya və başqa elmlər Avropa torpağından silindikdən sonra, elm yalnız keşişlərin mə’nasız sözlərindən ibarət idi. Onlar özləri zəlalətdə olduqları kimi, xalqı da zəlalətə atırdılar.
Bəşər növünün xoşbəxtliyi üçün faydalı olan elmlər Afrika torpağının içərilərində örtülü qalmışdı. Afrikada yaşayan ərəb alimləri Yer üzünün məsafəsini ərz və tul dərəcələri vasitəsilə tə’yin edirdilər.
Bu elm yavaş-yavaş Avropada yayıldı və şöhrət qazandı. Onun ətrafında əsərlər yazmağa başladılar.
Xristofor Kolumb haman bu əsrdə meydana gəlmişdir.
İkinci fəsil
Xristofor kolumbun gəncliyi
Kolumb gənclik çağında məktəbdən çıxıb Genuyaya qayıtdı. O, öz atası ilə görüşərək bir müddət bu şəhərdə yaşadı. Tarixçilərdən bə’zilərinin fikrincə bu vaxtlar Kolumb öz atası kimi həllaclıq sənəti ilə məşğul olurdu; lakin doğrusu budur ki, o, məktəbdən ayrıldıqdan sonra gəmi sürmək xidmətinə başlamışdır.
Qalabrinin valisi Anjo, Genuya şəhərində mühüm tədarük görüb çoxlu gəmilərdə Neapolitan ölkəsinə qoşun aparmağa hazırlaşırdı ki, o ölkəni qəsbkarın əlindən alaraq, yenə də öz atası kral Zinerə versin. Ölkənin prezidenti Neynaz da bu səfərdə vali ilə yol yoldaşı idi. Xristofor Kolumbun birinci dəniz səfəri də bu zaman vaqe oldu. Kolumb da prezidentin qoşunu ilə gəmiyə minib yola düşdü.
O, ikinci dəniz səfərinə məşhur pəhləvan Korserin yoldaşlığı ilə çıxmışdır. Bu pəhləvan həmişə Əndəlis ərəbləri və vətənin başqa düşmənləri ilə müharibə edərdi. Bir gün ona xəbər verdilər ki, venesiyalıların bir neçə gəmisi çoxlu mal ilə Flandri şəhərindən qayıdır. Korser öz hərb gəmiləri ilə Portuqaliyanın sahillərində Lissabon ilə San-Vebesan arasında dayanıb həmin gəmilərin çatmasını gözlədi.
Venesiyalıların gəmiləri yetişəndə Korser onlara hücum edib, müharibəyə başladı. Hər iki tayfanın arasında şiddətli bir müharibə baş verdi. Gəmilər hər tərəfdən bir-birinə hücum etdilər. Xristofor Kolumbun olduğu gəmi venesiyalıların böyük bir gəmisi ilə üz-üzə gəlib toqquşdu. Hər iki tərəfdən gəmilərə yandırıcı maddələr atıldığı üçün, hər iki gəmi od tutdu və onları xilas etmək çətin oldu. Kolumb çarəsiz qalıb gəminin kürəklərindən birini əlinə alaraq özünü suya atdı. O, üzgüçülüyü yaxşı bildiyindən üzə-üzə özünü sahilə çıxardı və yorğun halda yıxıldı; dincəldikdən sonra Lissabon şəhərinə qayıtdı. Bu şəhərdə Kolumbun çoxlu həmyerlisi olduğu üçün o, buranı özünə vətən qəbul etdi. Onun Portuqaliya ölkəsinə düşməsinin səbəbi budur.
Üçüncü fəsil
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-yengi-dunyani-feth-eden-xristofor-kolumbun-tarixi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.ƏFRADİ-ƏHLİ-MƏCALİS
Əvvəlinci məclisƏvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.
İkinci məclisİkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.
Üçüncü məclisÜçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.