Məzmun
  1. Xristofor kolumbun doğulması
  2. Xristofor kolumbun gəncliyi
  3. Portuqaliya şahzadəsi henrixin
  4. Məlum olmayan torpaqları kəşf etmək
  5. Sahəsində nailiyyətləri haqqında
  6. Kolumbun lissabonda sakin olması və
  7. Mühit dənizinin o tərəfindəki bə’zi
  8. Adalar haqqında müxtəlif xəbərlər
  9. Qərbin o tərəfində namə’lum torpaqların
  10. Olması haqqında xristofor kolumbda
  11. Təsəvvür yaradan səbəblər
  12. Kolumbun portuqaliya padşahına
  13. Təklifi

Səhifə 3 / 3 · 67%

Kolumbun lissabonda sakin olması və

Mühit dənizinin o tərəfindəki bə’zi

Adalar haqqında müxtəlif xəbərlər

Kolumb 1470-ci ilə qədər Lissabonda sakin oldu. O, ucaboylu və qüvvətli bir kişi idi. Xoş siması var idi, üzü uzunsov, nə kök, nə də arıq idi; rəngi qırmızıya çalırdı. Üzündə incə qara xallar görsənirdi. Qızılquş burnu kimi əyri burnu və iri gözləri var idi. O, həmişə sadə paltar geyərdi, içkilərdən və zərərli yeməklərdən tamamilə uzaq gəzərdi. Aydın və asan danışardı, insanlarla rəftarında çox mehribanlıq göstərərdi. Məzacına görə təbiətində tez incimək xüsusiyyəti olsa da, həmişə ağlının gücü ilə hirsini yatırmağı bacarardı; heç kəsin qəlbini incitmək istəməzdi.

Kolumb Lissabon şəhərində Henrixin gəmi rəislərindən olan Moni adlı bir şəxsin qızı ilə sevişib evləndi. Onlar Lissabonda sakin oldular. Qayınanası tez-tez dəniz səfərlərində mərhum ərinin başına gələn sərgüzəştlərdən yeznəsinə nağıl edərdi. O, Monidən qalan bütün yazıları və layihələri də Kolumba vermişdi.

Kolumb da bə’zi portuqaliyalılar ilə birlikdə dəniz səfərinə başlayıb Qoniya sahillərinə qədər gedər, həmişə qayıtdıqdan sonra yerlərin və düşərgələrin xəritəsini tərtib edər və öz ehtiyacını da bu yol ilə tə’min edərdi. Nəhayət dərəcədə yoxsulluğa düçar olmasına baxmayaraq, Kolumb yenə də öz qoca atasını yaddan çıxarmayıb, xəritə satmaqla əldə etdiyi pulun yarısını onun dolanacağı və iki kiçik qardaşının tərbiyəsi üçün xərc edirdi.

O zaman coğrafiya elmi çox nöqsan və kəsrlər içində olduğundan, torpaq və dəniz xəritələrində düzgünlük və aydınlıq olmadığından, öz tay-tuşuna nisbətən coğrafiya elmində mahir bir adam xalqın diqqətini cəlb edirdi. Xristofor Kolumb coğrafiyanı başqalarından yaxşı bildiyi üçün az müddətdə böyük bir şöhrət qazandı. Onun çəkdiyi xəritələr həmişə yaxşı satılırdı.

Bir gün Kolumb qit’ələri və Yer üzünün məsafəsini tə’yin etmək barədə fikrə gedərək, coğrafiya qanunlarına görə Yer kürəsinin böyük bir hissəsinin namə’lum olduğunu gördü. Bu gündən e’tibarən fikirləşirdi ki, hansı bir tədbirlə Yer kürəsinin namə’lum hissəsini tapmaq mümkündür. Xüsusi ilə yoxsulluq və məhrumiyyət həmişə onu həyəcana gətirirdi; o, bu fikirdə idi ki, öz kəskin ağlı sayəsində bir işə iqdam edib bu yol ilə şöhrət tapsın və yoxsulluq bəlasından xilas olsun. Bu məqsədlə Kolumb öz yaşayış yerini dəyişib, Lissabondan o vaxt yeni adalardan sayılan Portusantu adasına köçdü. Arvadı burada bir oğlan doğdu ki, adını Diğo qoydular. Bu adanın hakimi Kolumbun arvadının qohumlarından olan bir qızın əri idi. Bu səbəb görə də Kolumbun hakimin evinə get-gəli var idi. O, alim və çox mə’lumatlı bir adam olduğundan hakim onunla həmsöhbət olmağı xoşlar və qənimət sayardı. Çox vaxt adalar və qit’ələr haqqında söhbət edib deyirdilər ki, şübhəsiz Afrikanın qərb tərəfində namə’lum torpaqlar vardır ki, bu torpaqlara tərəf səfər etmək və onlardan o yana, Hindistana yol açmaq mümkündür. Kolumb bu adada bir çox tacir və dəniz müsafirləri ilə görüşüb onlardan belə bir xəbər eşitdi ki, Afrikanın qərb tərəfində dənizdə onların gözünə torpaq və dağa oxşayan bir qaraltı görünürdü.

Naşı tacirlərin bu cür sözləri onların şübhələrindən meydana gəlirdi və həqiqətdə doğruluqdan payı yox idisə də, ancaq onları eşitmək Kolumbun niyyətini qüvvətləndirir, şövqünü atrırırdı.

Beşinci fəsil

Qərbin o tərəfində namə’lum torpaqların

Olması haqqında xristofor kolumbda

Təsəvvür yaradan səbəblər

B i r i n c i: Xristofor Kolumb deyirdi ki, Yer kürəvi şəkildədir. Beləliklə, Şərqdən Qərbə qədər olan uzun yolu keçib getmək mümkündür. Betlimos qanununa görə o, bu fikrə gəldi ki, Yer kürəsinin ortasında bir mehvər vardır. Elə fərz edək ki, Şərq ilə Qərb arasındakı məsafə iyirmi dörd saatlıq bir yoldur və hər saat da otuz dərəcədən ibarətdir. Keçmiş alimlər on beş saatlıq məsafəni tə’yin edərək yer üzünün qalan hissəsini bilməmişdilər. Portuqaliyalılar axır vaxtlar Azor adalarını və Əhfər boğazını fəth etməklə, guya bir saatlıq məsafəni də kəşf etmişdilər. Beləliklə, səkkiz saatlıq məsafə, yə’ni yerin üçdə biri hələ mə’lum deyildir.

İ k i n c i: Kolumb okeanın bir bu qədər geniş, okeanın bu tərəfi ilə o biri tərəfi arasındakı məsafənin keçilməz dərəcədə çox olduğunu güman etməyən alimlərin əsərlərini düzgün hesab edirdi. O deyirdi ki, alim Aristotel də bu fikri təsdiq edib demişdir ki, Yer kürəsinin ortasından kəmər kimi uzanan Sakit okeanın bu tərəfindən o tərəfinə keçmək mümkündür.

Ü ç ü n c ü: Kolumb bu fikirdə idi ki, Qərb tərəfdə guya adalar və dağlar görən bə’zi adamların yazıları da onun mülahizələrinə qüvvət verir. Bu dəlillər günü-gündən onun fikrini qüvvətləndirirdi. O, öz sözünün doğruluğuna o qədər inanırdı ki, elə bil namə’lum qit’əni gözü qabağında görürdü. Onun bu qənaəti bə’zən öz fikrini sübut üçün ayrı-ayrı şəxslərlə apardığı danışıqlarda da görünürdü.

Altıncı fəsil

Kolumbun portuqaliya padşahına

Təklifi

Xristofor Kolumb öz niyyətində möhkəm olduqdan sonra Portuqaliya padşahının yanına gedib bildirdi ki, əgər padşah mənə gəmi və xidmətçilərə kömək etsə, Afrika sahillərini keçib, Atlantik dənizi ilə qərbə tərəf səfər edib elə torpaqlar taparam ki, heç kəsə mə’lum olmasın; o yerlərdən dövlət üçün hesabsız sərvət əldə edib, oradan Hindistana yol açaram.

Portuqaliya padşahı işin əvvəlində Kolumbun sözlərini xam xəyal hesab edib, onun təklifinə kifayət qədər e’tina etmədi. Lakin Kolumb öz dəlillərini möhkəm bir e’tiqad ilə söylədikdə, padşah heyrətdə qalıb məsələ ilə maraqlanmağa başladı. Buna görə də onun təklifini məsləhət evinin müzakirəsinə həvalə etdi. Məsləhət evi Kolumbun namə’lum torpaqlar haqqında dəlillərini nəzərdən keçirərək, bu dəlilləri öz arşını ilə ölçdü və Kolumbun başını xarab hesab edib təklifini tamamilə rədd etdi. Əlavə olaraq yazdılar ki, Afrika sahilləri hüdudundan hər cür dəniz səfəri mə’nasızdır, namə’lum torpaqları tapmaq məqsədi ilə olan dəniz səfərlərinin zərərdən başqa heç bir faydası yoxdur. Bu səfərlər nəticəsində insanlar öz adi peşələrindən geri qalıb xam xəyallar ilə sərgərdan olur və dövlətin sərvət və qüdrətinə zərər yetirirlər. Portuqaliya dövləti bu yaxın zamanlara qədər düşmənləri ilə müharibə aparırdı. Rəiyyət arasında xəstəliklər də yayılmışdı. Əgər bundan sonra dəniz səfərlərinə də iqdam olunsa, hər halda bu, Portuqaliyanın öz düşməni olan Qastiliya qarşısında tam acizliyinə səbəb olacaqdır. Dövlətin şövkəti ölkənin ərazi genişliyi ilə deyil, padşahın ədalət və cavan-mərdliyi ilə tə’yin olunur. Əgər Portuqaliya dövləti öz imkanlarını nəzərə almayıb dəniz səfərinə iqdam edərsə, şübhəsiz, səhv etmiş olar. Allaha şükür, bizim padşahın qarşısında böyük işlər vardır ki, o, bunları sona çatdırmaqla yaxşı ad və yüksək şöhrət tapacaqdır. Daha xam xəyalın nəticəsi olan dəniz səfərləri ilə öz rəiyyətlərini əziyyətə salmaq nəyə lazımdır? Əgər Portuqaliya padşahı şücaət meydanında şöhrət kosunu qapmaq istəyirsə, gərək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sərgüzəşti mərdi-xəsis

Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.ƏFRADİ-ƏHLİ-MƏCALİS

1 dəq
Əvvəlinci məclis

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.

15 dəq
İkinci məclis

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.

18 dəq
Üçüncü məclis

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

10 dəq

Başqa şairlərin şeirləri