Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi
Məzmun
- Xristofor kolumbun doğulması
- Xristofor kolumbun gəncliyi
- Portuqaliya şahzadəsi henrixin
- Məlum olmayan torpaqları kəşf etmək
- Sahəsində nailiyyətləri haqqında
- Kolumbun lissabonda sakin olması və
- Mühit dənizinin o tərəfindəki bə’zi
- Adalar haqqında müxtəlif xəbərlər
- Qərbin o tərəfində namə’lum torpaqların
- Olması haqqında xristofor kolumbda
- Təsəvvür yaradan səbəblər
- Kolumbun portuqaliya padşahına
- Təklifi
Səhifə 2 / 3 · 33%
Portuqaliya şahzadəsi henrixin
Məlum olmayan torpaqları kəşf etmək
Sahəsində nailiyyətləri haqqında
Mə’lum olmayan torpaqları tapmaq həvəsi hələ Kolumbdan bir qədər əvvəlki adamların xəyalında baş qaldırmışdı. Buna görə də o zamanlarda Atlantik dənizinin qərb sahillərində bir çox adamlar dəniz səfərinə çıxırdılar.
Tarixçilərdən bə’ziləri sübut edirlər ki, xalqın dəniz səfərinə bu cür meyl etməsinin səbəbi o idi ki, Masam adlı bir nəfər ingilis bir qıza aşiq olub, onu gəmiyə oturdaraq İngiltərə torpağından qaçmışdı ki, öz sevgilisi ilə Fransaya yetişsin. Təsadüfən yolda tərs külək əsərək Masamın gəmisini o vaxta qədər heç kəs tərəfindən nişan verilməyən və əhalisi olmayan bir adaya çıxardı. Bura cürbəcür meyvələr, məhsullar və ağaclarla dolu idi; sonralar bu adanın adını Madrav qoydular.
Amma başqa tarixçilər deyirlər ki, başdan-ayağa behişt bağlarına oxşayan və keçmişdə “Xoşbaxtlar adaları” adlanan Qanar adaları tapıldıqdan sonra, Betlimosun zamanından Kolumb əsrinə qədər yenə də itirilmişdi. Bu da insanların dəniz səfərinə həvəsinin artmasına səbəb oldu.
Maraqlananlardan biri də Portuqaliya şahzadəsi Henrix idi ki, ilk gənclik illərində atası ilə birlikdə Afrika ərəblərinə qarşı müharibəyə başlayıb, Qeyt şəhərinin qapısına qədər qələbə və qəhrəmanlıq bayrağını yüksək tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət tutmuşdu. Döyüşlərin çoxunda o, igidlik və şücaət nümunələri göstərirdi. Lakin şahzadənin elmə həvəsi onun müharibəyə meylindən çox-çox artıq idi. Müharibənin ciddi anlarında da elm və fəlsəfi təhqiqat ilə məşğul olmaq xəyalı onun fikrindən çıxmırdı. Şahzadə Qeyt şəhərində olduğu zaman Afrika haqqında ərəblərdən bir çox mə’lumat əldə etdi və burada onun fikrinə gəldi ki, əgər Afrikanın qərb sahillərindən keçilərsə, hər halda elə torpaq tapmaq mümkündür ki, o vaxta qədər heç kəsə mə’lum olmamış olsun. Bu məqsədlə də o, Portuqaliyaya qayıtdıqdan sonra, həmişə alimləri öz mənzilinə yığıb gəmi sürmək sahəsində təhqiqata məşğul olurdu. Henrix riyaziyyatı yaxşı bildiyi üçün, o əsrdə ərəb alimlərinə məxsus olan elmi-nücumu az bir vaxtda öyrəndi. Lazımi təhqiqatdan sonra şahzadə Henrix yəqin etdi ki, dəniz üzərində səfər etdikdə Afrikanı keçib Hindistana çatmaq və Afrika qit’əsinin bütün sahillərini kəşf etmək mümkün olacaqdır. Bu səfərdən böyük qazanclar əldə etmək və öz vətəni olan Portuqaliyanı namə’lum yerlərin məhsulu ilə doldurmaq mümkün olacaqdır.
Şahzadə Henrixin arzuları bədbin adamlara oyuncaq kimi görünürdü. O günə qədər adamlar belə bir rə’ydə idilər ki, havanın istiliyinin şiddətindən xətti-üstüvanın altından keçmək mümkün deyildir və deyirdilər ki, yalnız Boyador boğazına qədər getmək olar. Ancaq bir adam bu boğazdan uzaqlaşdımı, bir daha buraya qayıda bilməyib həlak olar. Bu boğazın yaxınlığında elə burulğanlar vardır ki, insan onları xatırlayanda dəhşətə gəlir.
O əsrin adamları bu fikirdə idilər ki, həmin boğazdan bu qədər uzaqda dənizin suyu, od üzərində qaynayan su kimi, Günəşin istisindən qaynayır. Bu əqidəni alt-üst etmək üçün şahzadə Henrix gəmiçilik elmi sahəsində çox zəhmətlər sərf etdi. O, əsrin bütün alimlərini Saqr şəhərinə çağırıb dənizin məsafəsini, düşərgələri və duracaqları tə’yin etmək üçün məsləhətləşməyə və xəritələr tərtib etməyə başladı. Henrixin bu hümmətinin nəticəsi o oldu ki, onun buyuruğu ilə Portuqaliya gəmisi xəritə və kompasın varlığı ilə cür’ətlənib Boyador boğazından keçməyə cəsarət etdi və gördü ki, bütün qorxular nahaq imiş. O, Afrika sahillərinin bir çoxunu bələdləməkdən başqa, Azor adalarını da tapıb geri qayıtdı.
1473-cü ildə şahzadə Henrix vəfat edib, bütün vətəndaşlarını təəssüf və kədərə düçar etdi. Naməlum adaları kəşf etmək haqqında onun arzuları öz sağlığında tamamilə yerinə yetmədisə də, onun bu sahədəki sə’yləri nəticəsində o əsrin adamları qəflət yuxusundan oyanıb, coğrafiya elmini öyrənmək və gəmi sürmək sənətində məharət əldə etmək üçün çalışmağa başladılar.
Portuqaliya camaatı tez-tez dəniz səfərinə iqdam edib bir yer, bir ada tapırdı. Qol gücü və silah hədəsi ilə yox, elm sayəsində əldə edilən bu qələbələrlə, Avropa ölkələrinin ən kiçiyi olan Portuqaliya fövqəl’adə bir əzəmət kəsb etdi və qonşu dövlətlərin həsədəsinə səbəb oldu.
Bəli, hansı ölkədə ki, millətin başçısı şahzadə Henrix kimi nəfsani ləzzətləri tərk edərək, elm və inkişaf ardınca getsə, onun vətəndaşları belə bir hümmətin sayəsində çoxlu mənfəətə çatarlar.
Dördüncü fəsil
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-yengi-dunyani-feth-eden-xristofor-kolumbun-tarixi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.ƏFRADİ-ƏHLİ-MƏCALİS
Əvvəlinci məclisƏvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.
İkinci məclisİkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.
Üçüncü məclisÜçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.