1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması

Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!

Necə ki, vəd etmişdim, sizə məlum olan əsərin nüsxəsini dövlətiəliyyeyi-Fransanın konsulu cənablarına təqdim etdim ki, sizə göndərsin. Bu əsərdə iki cür mətləb vardır. Onlardan biri metafiziklərin fikrini əhatə edir; digəri isə islam xalqlarının daxili məsələləri, ev sirlərinə şamildir. O ki, metafiziklərin fikrinə aiddir, onlar Avropa mütəfəkkirlərindən gizli və örtülü deyildir. Avropa alimləri metafiziklərin nəzəriyyəsini biz müsəlmanlardan yaxşı bilirlər. Lakin biz müsəlmanların daxili məsələlərimizə və ev sirlərimizə gəlincə, demək olar ki, avropalıların bu sirlərdən tam xəbərləri yoxdur. Çünki islam xalqları içərisində bu günə qədər yetişən mütəfəkkirlərdən heç birisi bu fikirləri və bu sirləri açmağa cəsarət etməmişdir.

Məhz buna görə də həmin əsər avropalıların böyük maraq və etinasına səbəb olacaqdır. Həmin səbəbə görə də onun fransızcaya tərcüməsi, Avropa alimləri və mütəfəkkirləri nəzərində cilvələnəcəkdir. Odur ki, cənabınızdan xahiş edirəm, həmin əsəri fransızcaya tərcümə edin və tərcüməni bitirdikdən sonra kitabsatanlara göstərin. Əgər onlar əsəri bir dəfə və ya bir neçə dəfə çap edib satmaq hüququnu sizdən satın almış olsalar, o zaman həmin məbləğdən bir hissəsini öz insafınıza görə, çəkdiyim zəhmət müqabilində mənə göndərə bilərsiniz! Əvvəllər yazdığım kimi yenə də təkrar edirəm ki, mən bu barədə sizinlə şərt bağlamıram. İxtiyar sizin özünüzdədir.

Göndərdiyim tərcümeyi-halın, yəni bioqrafiyanın tərcüməsini də əsərin fransızca tərcüməsi ilə birlikdə çap etməlisiniz. Məsləhət bildiyiniz şərtlər əsasında, əsəri Avropanın başqa dillərinə tərcüməyə verməkdə də ixtiyar sahibisiniz. Sözün qısası, bu əsərə aid olan bütün məsələlərdə siz mənim tərəfimdən vəkili-mütləqsiniz.

Bundan sonra isə əsərin orijinalını, yəni onu fars dilində çap etdirməyə çalışmaq lazımdır. Kitabın əslini, yəni orijinalını çap etdirdiyiniz təqdirdə, kitabsatanlardan aldığınız qazancı da cənabınıza bağışlayıram. Əgər ondan da bir pay ayırıb mənə göndərmək istəsəniz, o da öz insafınıza qalıbdır. Əsərin orijinal çapını fars dilində bütün Hindistanda və onun ətrafında tamamilə azad bir şəkildə satmaq olar.

Ancaq olmaya-olmaya mənim tərcümeyi-halımı, yəni bioqrafiyamı fars dilində çap edəsiniz və olmaya-olmaya farsca işarə edəsiniz ki, bu əsəri Axundzadə yazmışdır. Çünki mənim xalqım hələ fikir azadlığına malik deyildir. Mənim həmməzhəblərim elə bir kitabın mənim tərəfimdən yazıldığını bilsələr, mütləq mənə qarşı şiddətli ədavət bəsləyəcəkdirlər.

Əgər görsək ki, bu əsərdən müəyyən bir mənfəət əldə edildi, ondan sonra...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri