Şəklin durur önümdə...Şüşənin arxasındanSakit-sakit baxırsan.Bu sənmisən doğrudan?Yox, yox, bu sən deyilsən!Danışsana, dinsənə,Bir gülüb sevinsənə!Niyə donub qalmısan?Yox, inana bilmirəmSən belə hərəkətsiz,Belə dinməz olmusan.Sinəni qabartmayır.Nədən vətən havalıQəlbinin döyüntüsü?Dalğasız dəniz kimiNecə dayaz görünürGözlərinin güzgüsü.Dodaqların inciniGizlədən sədəf kimiGör necə də lal durur.Yox, sən deyilsən belə,Önümdə xəyal durur...Nəfəsin alışmırsaVətən məhəbbətindən,Dodağın titrəmirsəHicranın siqlətindən,Onda bu sən deyilsən...Hanı, hanı o rəssam?!Niyə ona demədin,Mən ömrümdə bir gün dəBelə lal olmamışam.Niyə ona demədin,Mən qartal doğulmuşam,Qıy vurmaya bilmərəm.Dilsiz göyərçin olubBu qəfəsə girmərəm.Hanı, hanı o rəssam?Niyə demədin ona:– Sinəmdə vulkan yatır.Səsim günəşə çatır.Bir gün şer deməsəm,Ağlamasam, gülməsəm,Bil məni qəhər boğar.Fikrimin ümmanındaMəni dalğalar boğar,Hətta ləpələr boğar...

Önümdə şəklin durur,Nə danışır, nə dinir.Bu dilsiz əksin səninGələcək illərindir.Özün danış, özün din.Danış ki, otağımızSükutda boğulmasın.Danış, oxu, şer de,Ömrümün bircə günüQoy şersiz olmasın,Bir də sənsiz olmasın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri