Ərdəbildə bir küçə var,Şeyx Səfi küçəsi.Şəhər bina olandan,dəyişib dönə-dönəxiyabanların,məhəllələrin neçəsi.Fəqət neçə əsrdirbu küçə qalıröz adı, nişanı ilə.Qala qabağını birləşdirir,Alaqapı meydanı ilə.Nə dövlət qərar çıxarıb,nə də Şeyx Səfi saldırıb öz adına.İndi bu küçənin tarixigəlmir kimsənin yadına.Hamı “Şeyx Səfi küçəsi” deyir,cavanlar vüqarla,qocalar bellərini əyib yeriyir.Bir zaman tozlu-torpaqlı,sonralar daş köynəkli küçədən.Neçə küçəyə bənzər,neçəsinə bənzəməzonun ömür yolu.İllər görüb kədər dolu,günlər görüb sevinc dolu.Qızılbaş igidlərişeypur sədaları altındabu küçədən keçib.Gəlinlərin hənalı əllərindəndöyüşçülər şərbət içib.Neçə çapar gedibneçə məmləkətə hər gün.Neçə çadır qurulubneçə hökmdarınxəracını gətirmişelçilər üçün.Neçə ana gəliboğlunu orduya vermək üçün.Neçə mürid gəlib,neçə müdərrisŞeyxi görmək üçün.Bu küçənin başındansonra illər keçib.Sevinc dolu günlərixatirəyə çevrilibtarixə köçüb.Kədərini yaşayıb bu küçətəzə əsrin, zamanın.Körpüsünə çevrilibQala qabağındakı dar ağacları iləzindanın.Sonra da neçə gecəŞeyx Səfi küçəsindənqara maşınlar gedibƏrdəbil – Tehran yolu,Tehran – London yolu.Nadir incilərlə dolu...

Dünyanın neçə-neçə muzeyini bəzəyibbir sarayın qabları.Oğlunu itirmiş anaya bənzəyirkitab dolabları,İndi xuddambaşı da qalıb yana-yana,cavab verə bilmirsəyyahların suallarına.Fəqət nə etsin xuddambaşı,nə qədər özünü zorlasa da,yenə əlacsız qalıbağacını qaldıraraq arabir,asta-asta deyir:– Neçə əlyazması var idi,bu dolabda bir zaman,xətti Mirzə Əlidən yadigar idi,şəkilləri Behzaddan.İndi yoxdur...O rəfdə neçə kasa vardı,Çin şahzadəsindən yadigardı.Yerin-göyün əsrarınıəks edərdi bir qurtum suda.Nə Cəmin camı,nə də İskəndərin aynasıola bilməzdi bu hikmətdə,İndi yoxdur o da...Sonra da dəyişir söhbətiniXuddambaşı bilə-bilə.Qonaqları ötürürqızıl şirazəsi soyulmuş qapıdanHörmətlə...

Bir zaman biz keçdik bu küçədənqarışıq cərgələrləqocalı, cavanlı,hamımız bir əqidəli,bir inamlı.Getdik Alaqapı meydanına, –babaların xütbə oxuduğu yerdəvətənə sədaqətimizi,babalara hörmətimizi,kimliyimizi,dəyanətimiziyad edək bir də.Ana laylası kimi şirin,vətən göyləri kimi dərin,Xətainin şer yazdığı dildə.Getdik,dövrəmizdə əlisilahlı polislər...Bilmirdik bizi xətərdən qoruyurdular,yoxsa xətəri bizdən.Neçə nəfər xitabət kürsüsünə qalxdıcərgəmizdən.Meydan doldu ağzına qədər.Hələ şobüstan yerinə,dükan damına çıxmışdıçadralı, çadrasızqızlar, gəlinlər...Polislər söykənib tüfənginə,bizə “moğol qalığı” deyən “alimlər”qısılıb eynəyinəqulaq asırdılar.Nə bunun yadına tüfəng düşürdü,Nə o birinin kişiliyi çatırdı danışa.Qorxurdu yalanı baş tutmayao zaman biri qulağından yapışadeyə: – Cənab,bu vüsətdə,bu lətafətdə,bu əzəmətdəqalıq olar.Qorxurdu cavab tapmayaözü o dünyalıq ola...

Yenə də zaman dolandı,yenə də əvəz oldu fəsillərin neçəsi.

Yenidən zindan yolu olduŞeyx Səfi küçəsi.Natiqlər getdi bu küçədəndili bağlı.Fədailər getdi bu küçədənqolu bağlı.Alimlər, şairlər getdi bu küçədən,qara zindana.Arxasınca baxdı “Şeyx Səfi”yana-yana.

Baxdı, danışa bilmədi...“Nədir bunların günahı?” –Soruşa bilmədi...Qaldı Şeyx Səfi küçəsi,keçmişinin şöhrəti,dünəninin əzəməti,bu gününün möhnətilə...... – Kədərini çinarlar danışır indi,yarpaq-yarpaq.Qəmini nəql edir adamlaraiki tərəfində axan irmaq.Yenə də qocalar ötürbu küçədən,yenə cavanlar keçib gedir.Ancaq “Şeyx Səfi” də,insanlar da intizar dolubir sükut içindədir...Susur,bir zaman “Darülirşad”a,sonra Alaqapı xütbələrinəkörpü olan Şeyx Səfi küçəsi.Susub gözləyir,nə zaman çevriləcəktarixin səhifəsi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri