Ağıl başqa, ürək başqa
Bir-birinə bənzəsə də,Yel başqadır, külək başqa.Ətri də xoş, rəngi də xoşGül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,Hər meyi meyxoş bilmə, gəl.Hər uçanı quş bilmə, gəlQuş başqadır, böcək başqa.
Hər dərdinə ortaq mənəm,Hər ağrını tən bölənəm,Sən çəkənsən, mən gələnəmGəmi başqa, yedək başqa.
Haqqın yolu-öz yolumdur,Əyilməyən düz yolumdur,Xeyirlə şər sağ - solumdurŞeytan başqa, mələk başqa.
Bir diləyə mən calandım,Gah qazandım, gah talandım.Ömrüm boyu haçalandımAğıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,Pərvazlandı qol-qanadım.Çatmadı səbrim, inadımƏməl başqa, dilək başqa.
Noyabr, 1998
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-agil-basqa-urek-basqa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İçindən alışıb o, yana-yanaMüşgül diləyini gətirir dilə,
AtatürkAtatürkün atası! Adi cəfakeş bir ata,Öz kiçik külfətinin cövrünü çəkmiş bir ata,
Mən türkəmSən bizi aldatdın illərdən bəri,Mən çərxi-fələkdən dərs götürmüşəm.
Sual varsa, cavab varMən üzgüçü deyiləm, nə işim var dərindəMən üzürəm dənizin ancaq dayaz yerində.
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Onun məzarıDöşünə döyərdi o kürsülərdə,Əliylə sinəsi əlbəyaxaydı.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram