Ağıla sərhəd
Ağıl həddindən artıq inkişaf edərsə, xarakteri pozarRibot
Dəyişmirsən fikriniLap bu dünya dağıla.Öz hikkəndə qalmısanSən boğula-boğula.
Tərgit bu fironluğu,Minlik bilmə onluğu.Aldanmısan sonluğuToyla bitən nağıla.
Əhsən dedim, min əhsənAyrılmayıb kökündən,Gələcəyi bu gündənGörə bilən oğula.
Ömür hədər, gün hədər,Kim özünə qəsd edər?Əsl ağıl bir qədərSərhəd qoyar ağıla.
Noyabr, 1998
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-agila-serhed
← → düymələri ilə keçid, R — təsadüfi şeir