İnsana od bağışladıPrometey!Ehey!Ehey!Dayan, insan!Hara belə?İnsan dedi gülə-gülə:-Dayanmağa nə macalım, nə halım var.Yürüyürəm,İrəlidir yolum ancaq!Məqsədim bu, məsləkim bu:Bilim ancaq,Bilim ancaq!Yox! "Allahü-əkbər" vaxtı keçdi çoxdan.De "İnsanü-əkbər" indi.Əlimdədir bu göy indi, bu yer indi!..Pay aldığım od əlimdəMəşəl kimi yanır, yanır.Yol gedirəm...Önündəki qaranlıqlarQətrə-qətrə işıqlanır...-Prometeydən pay aldığım o od ilə, axı, bir günCordanonu yandıran da sən özündün.Qorxum budur, o od iləÖzünü də yandırasanAman, insan, dayan, insan.

Avqust, 1970

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri