Neo
Asiya və Afrika yazıçılarınınDaşkənd müşavirəsindən təəssürat.
Bir salonda iki qitə,Hər qitədə neçə millət...Hər natiqin çiyinləri arxasındabir məmləkətDayanıbdır...OyanıbdırYuxusundan,Afrikanın, Asiyanınqaraları,YaralarıKöz bağlayır.Varaqlayır ötənlərihər danışan öz dilində...Mənzilində məhbus olanbu dünənin məhkumlarıdanışırlarindi uca bir kürsüdən,Yox hürküdən,Yox qorxudanbu dünənki məzlumları,Dili bağlı, qolu bağlı məhkumları.Dillər əlvan,Mətləb eyni...Dərdlər, qəmlər bir olandasöz bir olar.Dünyanın bu başı iləO başı həmfikir olar.Danışanlar eyni sözütəkrar edir dönə-dönəDillərini bilməsəm dəÜçcə kəlmə bəsdi mənə:"İmperiya""Koloniya""Neo, neo!"Nədir neo?Köhnə tələ,Təzə hiylə!Bu neolar - sözü gizli, qəsdi dərin.Oyun açdı başlarınaSözü hərfi mənasındabaşa düşən millətlərin.Bu neolar -bu tələlər,bu hiylələrmin-min olur.Təzə-təzə hiylələrdənbaş açmaq da çətin olur.Haqla-nahaq qarışıbdır bir-birinə -Gəl baş çıxartneoların üstü bəzək, altı təzəkMin cür fitnə-fəsadından.Haqq boğulur haqq adından.Öz haqqını təzə-təzə başa düşənmillət, uşaq misalıdır.Siyasətdən xəbəri yox,min arzulu, xəyallıdır,Hələ dünya səhnəsindəo tapmayıb öz yerini.Qamaşdırır parıltılarhələ onun gözlərini.Körpə uşaq hardan biləOna yaxın görünəninÇox-çox uzaq mənasını?Hardan biləQaranın ağ mənasını?Köhnə, qədim hiylələri neçə kərəTəzə-təzə boyalarlaYedirdirlər sözü açıq,gözü bağlı millətlərə.
O danışan natiqə bax!"Neolardan" fəryad çəkirBütün təzə hiylələri, kələklərisayır bir-bir,Deyir: bəsdir, bu aldanış.Artıq bütün bu "neolar" bizə tanış!Bu neolar - üstümüzdə qılınc kimiəsir bizim.Saçımızı sığallaya-sığallayaBaşımızı kəsir bizim.Sizin kimi bir insanıq.Biz nə daşıq, nə dəmirik,Yetər, artıq biz heç kəsəYamaq olmaq istəmirik!
Yaman dərddir,Özgəsinə yamaq olmaq!Yaman dərddir,Azadlığın həsrətinədamaq olmaq.Yaman dərddir,Gözün ola,amma görə bilməyəsən.Yaman dərddir,Əlin ola,Evindəki zir-zibilisən süpürə bilməyəsən.Yaman dərddir,Dilin ola,nə danışıb, nə dinəsən.Yaman dərddir,Ağlın ola,özgəsinin ağlı ilədüşünəsən...Yox, zamanın öz sözü var.Hər gecənin gündüzü var.Əyrilər də düz görünürSiyasətin aynasında.Bu nə sirdir?Aynanın ki, bir üzü var.
İki yerə parçalanmış Vyetnamınİki bədbəxt vətəndaşıBu salondaOturubdur yan-yanaşı.O da insan,Bu da insan..Eyni dərdio da çəkir, bu da çəkir.Hər ikisi suya qaçır,Amma gözə görünməyən sirr onlarıoda çəkir, oda çəkir,Türk yunana deyir: KiprHəm mənimdir, həm sənindir.Sənin mənə,Mənim sənəAtdığımız güllələrsədüşmənindir."Parçalayıb sən hökm sür!" siyasətiYurdumuzda od qaladı.Biz bir yana,Eyni dili,Eyni dinineçə yerə parçaladı.Sən də quzu,Mən də quzu,Gəl qoruyaq canavardan özümüzü!Gəl qorxmayaqNə sən məndən,Nə mən səndən.Gəl biz qorxaqcanavarın mədəsindən.O mədədə həzm olunurNeçə-neçə balacalar.Kiçik-kiçik təpələrdəndağ ucalar.Biz vuruşubÇiynimizin üzərindəUcaldırıq imperiyanı...Böyüklərin qidasıdırkiçiklərin qızıl qanı.Gəl anlayaq bu haqqı biz:Bir qılıncla,Bir qələmləYazılıbdır tariximiz.Bizim böyük sənətkarlarBir qaynaqdan ilham alıb.Sizin ağac,Bizim bağa kölgə salıb.Öküzümüz olmayandaSənin baban,Bizə verib öküzünü.Babam ölüm yatağındaPir babanı çağırtdırıbOna deyib son sözünü.Axı bizimDədəmiz də,Babamız daQardaş olub.
Məgər indi,bu qardaşlıq,unudulub?..Daha bəsdir,Gəl, qardaşım, verək bu gün əl-ələ biz,Salaq qurdun yuvasına vəlvələ biz!Neçə dildə danışan bu adamların,ürəyi bir,sözü birdir.Siyasətin aynasındaƏyrilər düz görünsə də,Aynanın ki, üzü birdir!Dillər əlvan,Mətləb eyni,Dərdlər, qəmlər bir olandaSöz bir olar.Dünyanın bu başı iləO başı həmfikir olar.
1968, Daşkənd - Bakı
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-neo
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Öz sözüm olsunSüfrəmdə mənim həm qara, həm ağ üzüm olsun,Dost-aşna yanında qara yox, ağ üzüm olsun.
Qəmli axşamlarının yoxmu, ayüzlüm, səhəri?Qəmdən öldüm, hanı bəs mehrü məhəbbət əsəri?