Nöqtəyə döndərərdim
Mən burdayam, sən orda...Yenə hicran, yenə qəm...Yerdəyəmmi? - bilmirəm,Göydəyəmmi? - bilmirəm...Aramızda sədd kimi,uçrum kimi dayananBu uzun yollar deyil,Gülüm, zamandır, zaman!..
Məhəbbətimiz qədərƏzabımız var bizim.Aramızda dayanmırBu uzun yollar bizim!..Aramızda dayanırNeçə-neçə il, gülüm,Neçə-neçə ay, gülüm!Bu ayları, illəriFikrimin sürətiləNecə udum, ay gülüm!Bizim istəyimizləQara dönüb ağ olmur!Yolu qısaltmaq olur,Vaxtı qısaltmaq olmur.
Uzun yollar, dolaylarƏgər olsaydı dərdim,Mən onları kəmərtəkBelimə dolandırıbNöqtəyə döndərərdim!
Avqust, 1965
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-noqteye-dondererdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocaldır insanı, qocaldır zaman;Ürəyin atəşi, közü qocalmır.
DünyanınBaş çıxarmaq həm çətindir, həm asanİblisindən, mələyindən dünyanın.
Vay halınaDoğulduğun, böyüdüyün VətənindəHaqq tapdanıb, şər udulsa, vay halına!
Yalan hakim olubQorxu kölgəsinə sığınmış bu günSədaqət, dəyanət, məhəbbət, allah.
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı