Azadlıq
Azadlıq istəyirdin...
İndi məndən uzaqda
Azadsan, cismən azad.
İndi buyur, sevgilim,
Mən dustağam, sən azad!..
Beləmi?
İnanmıram.
Biz bir şəhərdə ikən,
Dəqiqəni, anını,
Sapa düzüb incitək,
İzləyirdim səni mən.
İndi məndən uzaqda
İzləmir heç kəs səni.
Ancaq, azad deyilsən,
İzləyir, öz köksündə
Aldığın nəfəs səni.
Orda pərəstişkarın
Bir deyil, min-min olsun.
Qorxmuram, yox, qorxmuram,
Mən yox, sənin öz hissin,
Sənin gözətçin olsun!
Sən sevən bir ürəyin
Özü boyda dağısan!
Mənim dustağım deyil,
Hissinin dustağısan,
Qəlbinin dustağısan.
İyul 1966, Şəki
Nəğmə olub gecələr
Sənə layla çalaydım,
Dönüb yuxun olaydım.
Ayaqların altına
Sərəydim gül-çiçəkli
Çölü mən, çəməni mən.
Nağıllar dünyasına
Aparaydım səni mən.
Çıxıb çərçivələrdən
Göylərə baş vuraydıq.
Vaxtı da donduraydıq.
Qanunlara od vurub
Sərhədləri qıraydıq.
Eşqimizin oduna
Dünyanı yandıraydıq.
Biz məhəbbət ünvanlı
Təzə dünya quraydıq.
Səni hər an, hər saat
Görmək üçün, sevgilim,
Gecələr ay olaydım,
Gündüzlər gün olaydım.
Sənin gözəlliyindən
Səhər-axşam həzz alan
Dilsiz güzgün olaydım.
Güzgün olsaydım əgər,
Qəm yeməzdim yenə mən;
Səni, öz diləyimcə
Göstərərdim sənə mən.
Sentyabr 1966
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-azadliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu şeir İstanbul türkcəsilə yazılmışdır*Anəm bana söylərdi, qaranlıq gecələrdə,
GəlinƏzizdi bala nəfəsi,Evə hopub sözü – səsi.
Şol nokta-i yâkût ki vahdetden urur demŞol nokta-i yâkût ki vahdetden urur demBir cânı durur ki dahi görmedi anı cem
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi