Dünyanın
Baş çıxarmaq həm çətindir, həm asanİblisindən, mələyindən dünyanın.Adəm satdı bir buğdaya cənnəti,Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir, ürək geniş, söz açıq,Yaşamadım bir sevdamı yarımçıq.Əzab adlı dəyirmandan narın çıx,Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün bir mələyən cüyürdüm,O təpədən bu təpəyə yüyürdüm.Niyə qorxum kəfənindən?Nə gördümBeşiyindən, bələyindən dünyanın?
Biz özümüz özümüzdən öc aldıqKeçən günə gələn günü bac aldıqÖmrümüzün yarısında qocaldıqŞilləsindən, kötəyindən dünyanın.
Könül üzgün, xəyal küskün, dərbədərÖzün söylə zülm olarmı bu qədər?Arxasınca palaz kimi sürüdərBərk yapışsam ətəyindən dünyanın.
Könül düşdü min arzumun izinəBiləmmədik əyrisi nə, düzü nə?İndi kəfən toxuyuruq özünəÖz gülündən, çiçəyindən dünyanın.
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-dunyanin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zamanın dolanbac pillələrindənKeçmək istəyirəm, keçə bilmirəm.
Yaman sıxır gecə məni...İllər qədər uzun çəkdiBu intizar gecəm mənim.
Ekran qaralanda...– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...
Qeyrətmi, ağılmı?Hanı dəlilərin, a nənəm Nigar,Namərdlər doğuldu bu zəmanədə.