Siqnallar
Dostum R. Nurəddin üçün
Uzaq ulduzların sakinlərinəYoxsa bizim kimi dünya dar gəlir?O biri dünyadan dalbadal yenəBizim dünyamıza siqnallar gəlir.
Ulduzlar insana nə deyir görən?Bu səslər salammı,Yoxsa hədəmi?Bizə uzaqlardan siqnallar verən,Əcaib məxluqmu?İnsanmı?Nəmi?
Hələ dünyasına qapılıb insan.Dünya vəznindəndir diləyimiz də.Alimlər düşünür: varlığımızdanXəbər göndərəkmi onlara biz də?Bəlkə də... Gülürlər bizə uzaqdan,Yəni biz onlardan geriyik belə?Onlara baxanda, bəlkə də insanUşaqlıq dövrünü yaşayır hələ?..
Təhlükə gözləyir bəlkə dünyanı?Bəlkə...Hədələyir bu səslər bizi?Bəlkə...O dünyanın qadir insanıÖyrənmək istəyir qüdrətimizi?..Əgər bu təhlükə olsa, bu yerdəİndiki təzadlar kimə gərəkdir?Millətlər,fikirlər,əqidələr də,Onda bir məsləkdə birləşəcəkdir.
Kökü kəsiləcək nifrətin, kinin,Loğmanlar olacaq onda hökmran.Hamı bir ağızdan deyəcək yəqin:Yaşasın dünyamız, yaşasın insan!
Avqust, 1968
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-siqnallar
← → düymələri ilə keçid, R — təsadüfi şeir