-İsa!-Musa!-Tapdın?-Yox!İsaq - Musaq quşlarıNəyi isə axtarırSübhə qədərGecələr.

Gecələrin özündən sirr gizlədər gecələr.Ömrü boyu axtarır İsaq - Musaq quşları.Bahar gecələriniSuallara döndərirGizli axtarışları.Axtarır, Tapa bilmir,hey axtarır,hey gəzir.Əbədi axtarışdanNə yorulur,Nə bezir.Toyuq da dən içindəEşələnir,axtarır.Dən topası üstünə qalxır,enir,axtarır.Tapır, yeyir,o yenəyeyə-yeyə axtarır.Axtardığı, gəzdiyi gözlərinin önündə,Bəs o nəyi axtarır, bəs o niyə axtarır?Tapır,yenə axtarır.Mədəsinə deyil, yox,Fitrətinə axtarır.

Dolaylarda əridibdəmir çanqlarını,Aşıb sirr dağlarmı,Nəyi isə axtarıb ulu babalarımız,Ürəyi acılarla dolu babalarımız.Mən də axtarışdayam,Obaları, elləri dolanıb qarış-qarış.Bəlkə mayamızdadır bu əbədi axtarış!

Adamların gözündə həsrət işım-işımdır.Mənim sonsuz həsrətim - mənim axtarışımdır.Axtarıram,Özümdən o yanı görüm deyə.Zərrədə qərar tutan dünyanı görüm deyə.Gecənin zülmətində sübhə iz axtarmışam.Min bir sözün içindəhələ heç deyilməmişbircə söz axtarmışam.Sabahımın eşqinə bu günümü danmışam.Kiminsə gözlərindən qəlbinə boylanmışam,O qəlbdə məşəl tutan duyğunu görmək üçün.Başqasının xeyirxah, gözəl əməllərindənibrət götürmək üçünÖzümdə olmayanı özgədə axtarmışam.Fikirlərin tərkinə, arzuların ilkinə,Əməllərin rüknünə, özəyinə varmışam.Bəzəklərdən vaz keçib axtarmışam özəyi.Mən axtara-axtara itirmişəm çox şeyi.

Dünya - axtarış evi...Kimi sərvət axtarır,Kimi fikir axtarır.Kimi də ürəklərin axtarış həvəsindəSirr görür, sirr axtarır.Sərvət, fikir!

Fərqə bax!

Sərvət - fikir deyilsə,fikir - sərvətdir ancaq.Bir fikir, bir söz yatıryerin hər qarışında.Bizə uğurlar olsun fikir axtarışında!

Fevral, 1978

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri