Səhərlərim - boyasız, gündüzlərim - qorxusuzGecələrim - narahat, gecələrim - yuxusuz.Başbaşayıq sübhə tək mənimlə fikirlərim,Gecələrə açılır gizli-gizli sirlərim.

İndi mən qısılmışam gecələrin qoynunaBoylanıram içimdə gah əvvələ, gah sona.Gecələr - sığnaq yerim, gecələr - pənah yerim,Gecələr bir-birilə döyüşən fikirlərim.

İnanardı ağıl da öz içimin səsinəŞirin xəyallarımın yumşaq mütəkkəsinəBaş qoyardım bir zamanXəyalı gerçək kimi yaşayardım bir zaman.

İndi qurban verməyə hazıram bir yad kimiMin-min səhərlərimi, min-min gündüzlərimiBir anlıq sükutuma, bir yuxusuz gecəmə.Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.

Allahın bal yuxusu mənə haram gecələrSürünürəm gündüzlər, yaşayıram gecələr.Anam deyərdi: "Oğul, sən gecə doğulmusanBəlkə buna görə də gecəquşu olmusan".

Mən təpədən dırnağa indi səbrəm, dözüməm,Çoxluğumda başqası, təkliyimdə özüməm.Verdiyin tənhalığı geri götürmə, Allah,Gecəmlə həsb-halı mənə çox görmə, Allah.

Mənim mənə ən yaxın sirdaşımdır gecələr,İçimə damcılayan göz yaşımdır gecələr.Gecələr sığnaq yerim, gecələr pənah yerim,Səhərlər açılanda qapanır kirpiklərim.Öyrəndim gecələrdənQaranlıq içində mənUlduz-ulduz yanmağı,Özümə qapanmağı, içimə boylanmağı.

Gecələrin sahibi, gündüzlərin quluyam,Mən gündüzlər adiyəm, gecələrsə uluyam.Gecələr çiçəklənir söz gülşənim, söz bağımGecələrin şahıyam, yoxdur mənim ortağım.

Dekabr, 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri