"Dünya ulu tanrının yuxusudur" -– dedilər.Onu bu xoş yuxudan ayıltmayın, -dedilər.Onun oyanmasınıNiyə istəmədilər?O, nə qədər yatacaqDərin, şirin yuxuda?İntəhasız olarmı,Vaqiə də, yuxu da?Milyon-milyon ildi ki,Fırlanır,Yer kürəsi...Nə benzini qurtarır,Nə odu, nə qüvvəsi,Hara gedir o belə?Yerindədir yer elə...Dönür günün başmaQüvvət alıb o, gündən.Nə öz oxundan çıxır,Nə də öz çevrəsindən...Fırlanır...Getmir ancaqNə irəli,Nə geri...Fırlanıb sapa düzürO, ayları, illəri.Yerin gözü yoxdumu?Onun daİnsan kimiVar olsaydı gözləri,Tərpənərdi yerindən,Çıxardı mehvərindən.Tanrının da yuxusuDağılardı o zaman.

Təzə,Başqa bir yuxuUydurardı yuxudan.Yer qopmadı yerindən.İnsan qopdu...QanadıAldı əməllərindən...Möcüzələr yaratdı,Kainata ip atdı,Uçub Aya da çatdı.İnsan çıxa da bildiYerin cazibəsindən...İnsanın:"Mən tanrıyam,Mən qadirəm" -SəsindənTanrı diksindi, durdu.Boylandı dövrəsinə...Gördü:İnsanın özüDönüb Yer kürəsinə.Ancaq...O, kürə kimiFırlanmır öz yerində.O yeriyir, o uçurAğlın üfüqlərində...Yer kürəsiTanrınınUydurduğu yuxudur,Nağıldır,Əfsanədir...Bəs boylanıb yuxudançıxan insan?..O nədir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri