Gəl bir daha səni öpüm,Dodaqların qırışmamış.Saçlarımız ağ bayraqlıQocalıqla barışmamış.

Nəğməmizin zili, bəmi,Altun yüklü ürək gəmim,Dünya boyda bir aləmimTorpaqlara qarışmamış.

Sonsuzluq – illər əvəzi,Daş qəfəs – yollar əvəziBoynuma qollar əvəziBuz ilanlar sarışmamış!

28.XI.1991

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri