جمال روی ترا رشوه می گزارد ماه
جمال روی ترا رشوه می گزارد ماهبه رو نمای تو جان رفت نیز رشوه مخواه
Sənin camalını görməkçin Ay hədiyyə verər,Canım gedib, yox hədiyyəm, mənə üzün göstər.
منم منم که ز جور تو آگهی دارمتویی تویی که ز حال دلم نیی آگاه
Mənəm ki, qıldığın hər cövrdən xəbərdarəm,O sənsən, hali-dilimdən mənim yoxundu xəbər.
عجب مدار که بر من بتاخت لشکر غمهر آینه سپه آید چو بر نشیند شاه
Əcəb deyil, mənə qəm ordusu hücum etmiş,O yerdə ki, şah oturmuş, qoşun salamə gələr.
چو ماه سی شبه پنهان شدم ز دیده خلقبه درد عشق تو ای چارده شبه شده ماه
Olub otuz gecəlik bir ay, itmişəm gözdən –Sənin o bədr üzünün möhnətindən, ey dilbər.
من از تو دور و ز پیوند من دلت دورستحدیث دوری دل می رود نه دوری راه
Mənəm ki, səndən uzaq, könlüm isə məndən uzaq. –Uzaq bu fasiləni yol deyil, könül ölçər.
سیاه شد دلم از غم چو دید بر رخ توغبار تیره پراکند زیر زلف سیاه
Qaraldı bağrım ələmdən görəndə ay üzünü,Qara saçın o gülün üstünə qübar səpər.
به دود آه من آیینه تو تیره شدستبلی که آینه تاری شود ز دوده آه
Qaraldı ahlarımın tüstüsündən güzgün, yar!Bu rəsmdir, qaralar güzgü, tüstü versən əgər.
مباد روزی کز کرده تو ناله کنمبه پیش خسرو ایران سیف دین آله
Gün olmasın əməlindən sənin şikayət edəm,İran şahı Seyfəddinin yanında zərrə qədər.
زهی ضمیر تو از حال روزگار، خبیرزهی یقین تو از سر اختران آگاه
Sən ey şüuru zaman halına olan agah!Verən sitarələr əsrarını dünyaya xəbər!
تویی که از نفست خوشدلی پذیرد بزمتویی که از قدمت مرتبت ستاند گاه
Verər o xoş nəfəsin məclis əhlinə şənlik,Qədəmlərinlə sənin taxt yüksələr, bəzənər.
در آن زمین که سم مرکبت گذر سازدبه جای خار بر آید ز خاره مهر گیاه
Bu bəllidir, atının dırnağı dəyən yerdə –Tikan yerinə açar gül, daş üstə lalə bitər.
هوای عدل تو در اعتدال هست چنانکه کهربا نتواند درو ربودن کاه
Ədalətinlə hava etidalını pozmaz,Nə kəhrəba samanın qapmağa cəsarət edər.
خطاب صبح ز دیوان آفتاب اینستبه حضرت تو که یا سیدا و یا مولاه
Günəş çıxanda xitabı budur sənə sübhün –Ki, sən aləmə həm padşahsan, həm rəhbər.
به طوع عدل تو با باز بر زند تیهوبه داغ لطف تو بر شیر نر زند روباه
Ədalətindən olub qırğı kəkliyə həmdəm,Şirə vurar dağını, tülkü eyləyər çarək.
شها روایت این شعر رسم تهنیه نیستشکایتی است ز بخت و شفاعتی است به شاه
Bu şeir şənini vəsf eyləyən qəsidə deyil,Var onda bəxtim əlindən şaha şikayətlər.
اگر چه نور به خورشید بردن از جهل استروا بود که به دریاست بازگشت میاه
Aparsalar günəşə nuru, bu cəhalət olar,Balıq atılsa dübarə suya, dənizdə üzər.
به خدمت تو شناسای روزگار شدمبه اعتراف خرد در جراید افواه
Məni cahan tanıdı xidmətində, ey şahım!Ağıllılar arasında adım olub əzbər.
ترا به هر قدمی صد هزار چون من هستمنم که جز تو ندارم، حدیث شد کوتاه
Sənin, mənim kimisi hər qədəmdə yüz mini var,Yoxumdu səndən əlavə kəsim, kəlam bitər.
اگر تهاون خدمت شدست چندین وقتنبود از آنکه روانم نبود طاعت خواه
Mən olmadımsa əgər xidmətində bir neçə vaxt, –Demək deyildi ki, ruhum dəxi uzaqda gəzər.
ولی کراهیت پادشام دور افگندکه دور با دل نازنینش از اکراه
Uzaq atan məni şahın soyuqluğu oldu,O nazənin ürəyin, var güman, yenə isinər.
همیشه عز و جلال و علا و مرتبتشبه کام بخت فزون باد بر فزونی جاه
Həmişə izzətü cahü cəlalü mərtəbətin, –O bəxtin ilə ucalsın ki, kamına yetirər!
یکی ز وقت به وقت و یکی ز روز به روزیکی ز سال به سال و یکی ز ماه به ماه
Birisi günbəgün, o digərisə vaxtaşırı,Birisi aybaay, o digəri uzun illər.
Kitabxana.az · https://kitabxana.az/works/beylaqani-qeside-75
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mədhiyyə
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Səhər vaxtı siyasi bir məhbusSübh açılır, gün doğuyor hər səhər,Ah sən, ey məhbəsi-viranə, sən,
MəcnunNəcdin dağı Məcnun,Leyli deyib dolan Məcnun,