Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,Ürək süqut eləməz aldığı mətanətdən.Ricavü xəvfə məkan vermərəm gər alimlər,Min il vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,Və ya ki, vəd edələr dövləti-cahanı mənəKi, bir kəsə baş əyib əczimi bəyan eləyim,Əyilmərəm nə ki, yer, versələr səmanı genə.

Yanımda gər dura cəllad əlində şəmşiri,Ölüm gücilə mənə hökm edə olum təslim,Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onunCücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,Fəqət nə güclü, zəif bir vücud var, yahu,Ki, hazıram yıxılım xaki-payinə hər gün,Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qultəkHəmişə səcdədə olmaq mənə fəxarətdir;Onun əliylə bəla bəhrinə yuvarlansam,Genə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!Atıl cahana sən, ey ildırım, alış, parla!Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl!Sən, ey günəş, yağışın yağdır ey bulud, ağla!

Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox!!!Fəqət Ana! O müqəddəs adın qabağında,O pak bağrına bassın məni, desin layla,Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,Uçar səmalara hər aləmi-xəyalətdə.Yatar, ölər bədənim, nitqdən düşər bir söz:– Ana... Ana... Sənə mən rahibəm itaətdə!..

Aman... Aman!.. Bu müqəddəs vücudu mümkünmü,Ki, bir taqım canavar zülmnən şikar eləsin?!Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,Ayaqlar altına topraq kibi nisar eləsin?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,O şanlı qollarına zülminən vurar zəncir.Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,Neçin nəsibim edibsən bu zülm-dövranı.Ey asiman dağıl, ey zöhrələr axın, tökülün,Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“İblis”in son quruluşu

Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:

3 dəq
V.A.Uğryumi

Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.

2 dəq
Türk teatr məktəbi

1Məktəbin açılışı və onu doğuran səbəblər

16 dəq
Haruna cavab

Möhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir.Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir.

11 dəq

Başqa şairlərin şeirləri