Ədəbi mübahisələr
Səhifə 6 / 7 · 71%
VI
“Uçurum”da Göyərçin pək sevdiyi əri tərəfindən rədd edilir, yeganə mədər təsəllisi olan məngəşəsini Bosfora düşürür, tamaşaçıların ruhu qımıldanmır. Göyərçin solğun çiçəkləri bağrına basıb da münəqqişəsini oxşayır. Seyrçi laqeyddir. Halbuki, burada Göyərçinlə bərabər seyrçilər də çıldırmalıdırlar. Bu yoxdur. Bu mənzərə ancaq Cəlala təsir ilə uçuruma sövq edir. Seyrçilər isə burasında belə bitərəfdirlər. Balasın itirmiş bir ananın məlalını xəyallarında bir dürlü təsəvvür edirlər. Amma əsərdən belə təəssürat almadıqları üçün xəyalları, təsəvvürləri də belə xəyal olaraq qalır. Onlar Cəlalı uçuruma sövq edən həyəcanı ala bilməyirlər. Halbuki, əsil məqsəd burası, sənətkarlığı, məharəti də həp elə burası olurdu.
Afət Özdəmiri zəhərləyir, maraqlanan yox. Ərtoğrul rədd edilir, əsəbiləşir, çıldırır, mütəəssir olan yox, Afət Qaratay tərəfindən rədd edilir, anlayan yox. Qaratay öldürülür, sevinən yox. Afət intihar edir, mütəəssir olan yox. Bir kəlmə, Cavidin yazılarında tamaşaçılar səhnədəki həyatla yaşamayırlar. Onlarda Cavidin təsəvvür etdiyi əhvaliruhiyyə, lazımi həyəcani-bədii vücudə gəlməyir. lazımi həzzi-mənəvi təmin edilməyir ki, əsərin əsil qiyməti də burasındadır.
Belə hallarda tamaşaçıların əhvali-ruhiyyəsini təhlil edə biləcək bir psixoloq olursa, bəlkə də bunun səbəbini anlaya bilər. Biz şəxsən hissiyyatımızı təhlil edərkən belə bir nəticəyə gəlirik. Tamaşaçının bir ya digər hiss ilə məhsus olması bu ya digər hala girməsi üçün Arif ağlayan yerdə ağlamaq, Göyərçin çıldıran yerdə onun ilə iştirak etməsi üçün lazımi şərait vücuda gətirilməyir. Tamaşaçıların ruhu bu ya digər vəqədən lazımi dərəcədə mütəəssir ola biləcək qədər hazırlaşdırılmayır.
Halbuki, həyəcani-bədiiyə səbəb olan həzzi-mənəviyyəyi təmin edən şeylərdə həp bu təəssüflər, bu sevinclər və bu kimi tamaşaçının adi halından çıxıb, qeyri-adi bir hala girməsinə səbəb olan şeylərdir.
Turgenev “Peqaz”, ya “Mumu” adlı yazılarında bir itin keyfiyyətini onun gənclikdən ayrılıb da qocalması ilə sükutunu o qədər məharətlə təsvir edir, oxucuları o qədər hazırlayır, o qədər mütəəssir edir ki, adətən bütün oxucular sanki Peqaz ilə bərabər qocalırlar. Bütün oxucular Gerasimdən əvvəl üsyan etmək dərəcəsinə gəlirlər.
Deyə bilərlər ki, pəki həyatı yaz deyirdin. Cavid də yazmış. Tamaşaçılar mütəəssiz olmuyursa Cavidə nə borcdur.
İştə biz bu yerə gəlib çatmağı gözləyir və bu məsələni söylərkən qəsdən burasını sükut ilə keçmişdik.
Biz Cavidin yaratdığı həyat təbii olmayıb, süni olduğunu və şəxsiyyətlərin əhvali-ruhiyyəsindəki incəliklərin və mühüm nöqtələrin meydana gəlməsi üçün lazımi şərait vücuda gətirilmədiyini bir yana buraxıb da ümumən söyləmək istərik. Həyatı olduğu kimi təsvir etmək istəyənlər heç bir vaxt fotoqraf olmaq istəməzlər.
Əvvəla onlar adi halları deyil, kəndilərini mütəəssir edən hallar götürürlər. Biz hər bir halın, hər bir yazıçıya ruhuna görə başqa-başqa təsir bağışlayacağı məsələsində durmaq istəyirik.
Hər bir mənbəi-təsir hər bir yazıçıya onun həyat ümumiyyəsi, xatiratı, əhvaliruhiyyəsi, məslək və əqidəsi üzərində başqa-başqa təsir edə bilər.
Məsələn, bir məzarıstanı eyni vaxtda bir qaç yazıçı seyr edərsə, biri onun görünüşündən kədərlənir, digəri bir zövq duyar, xülasə, hər kəs gözləri ilə baxar və bir dürlü görə bilər. Bir şəxsi hər kəs öz qüvvəsinə görə öz istedadı ilə bir cür görə bilər. Biri onu aşiq, biri filosof biri də sadəcə dəli görə bilər. Hər halda götürülüb mütəəssir olunandan
sonra yazıçı olan aldığı təəssüratı və öz hissiyyatını təhlil edər...
Həmin təəssüratda bu ya digər hissi təhrik edən nöqtələri bulur. Seyrçilərə, oxuculara kəndi duyduğunu olduğu kimi verə bilmək üçün lazım olmayan yerlərini atar, çatışmayan yerlər varsa, həyatın başqa bir yerindən bir parça əlavə edər və bu şeyləri kəndi süzgəcindən keçirib, xüsusən canalıcı nöqtələrini, əsas cəhətlərini elə bir halda meydana atar ki, həm həyat olduğu kimi təbii halında təsvir olunar, həm yazıçı fotoqraf olmaz və beləliklə əvvəldə dediyimiz kimi, bu ya digər qəhrəmanı müdafiə, bu ya digər fikri tərvic məqsədilə əsərlərinin arasından pırtayıb çıxmaz.
Tamaşaçılar bu yardıma, daha doğrusu bu vüzulluğa ehtiyac görmədən özlərini həmin əsas nöqtələr, həmin təsir üzrə mühakimə edər, bu ya digərini müqəssir tapar, bu ya digərinə acıyar. Bu, ya digər halda ya ağlar, ya gülər. Bu, ya digər fikri çıxarır. Caviddə isə belə deyildir.
O heç bir vaxt canalıcı, psixoloji halları lazımı qədər təhlil edib tamaşaçıların ürəklərini acılayır. Tamaşaçının hissi, qəlbi susur, Ancaq yeni paltara geyindirilmiş əsgi fikirləri əzbərləyərək evlərinə gedir. Qəlb susur, fikir çapalayır. Halbuki, belə birtərəfli əsərlərə əsər, sənət deyilməz.
Keçək üçüncü cəhətə: Cavidin əsərlərinin quruluşu pək pozğundur. Məsələn, baxınca ya oxuyunca insan bir çox neçinlər arasında boğulub qalır.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-edebi-mubahiseler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Parapetdən Şamaxı yoluna qədərParapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.
Başqa şairlərin şeirləri
Bir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
با یار جفا جوی پس از هجر درازکردم به تلطف سخن وصل آغاز