Azərbaycan ilk illərində türk teatrı əsasən tərcümə ədəbiyyatla qidalanırdı. Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı.

Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi.

İldən-ilə gənc türk dramaturqları teatrın ətrafına toplaşmağa başladılar. Onların pyesləri tez-tez teatrın səhnəsində tamaşaya qoyulmağa başladı və birdən-birə böyük şöhrət qazandılar.

İndi türk dramaturgiyası qarşısında azad yaradıcılığın geniş yolu açılmışdır.

Bizdə, sovet ölkəsində dramaturq-yazıçının geniş fəaliyyət meydanı vardır ki, bu, dünyanın heç bir ölkəsində, heç bir yerdə yoxdur.

Klassik ədəbiyyatın nümunələrini tənqidi nöqteyi-nəzərlə istifadə edərək, ədəbi keçmişdən ən yaxşı və qiymətli cəhətləri götürərək, mən səy edəcəyəm ki, “formaca milli” əsər yaradım.

Azərbaycan xalqının nəhəng mübarizəsinin qəhrəmanlığını əks etdirərək, mən geniş əməkçi kütlələrinə yaxın və tanış olan milli formalar axtarıram.

Bu formalar vardır, onlar parlaqdır, əlvandır, onlar ana qanı ilə südünə hopmuşdur, milli dramaturq yalnız onlardan istifadə etməklə, onların vasitəsilə yeni ideyalarını verə bilər.

Hal-hazırda mən “Əfqanıstan” adlı yeni pyes üzərində işləyirəm. Pyesin adı şərtidir. Pyesin əsasına konkret məkan qoyulmur, onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrinin üstünü açmaqdır.

“Əfqanıstan” cari teatr mövsümündə tamaşaya qoyulacaqdır. Keçən illərin timsalında, bu il də mən teatr üçün ədəbi işimlə yanaşı olaraq, teatrın əməli işinə qoşulmuşam.

Hər bir dramaturq rejissor olmalıdır, hər bir dramaturq teatrın qanunlarını əməli öyrənməlidir.

Dramaturq teatrın əsas problemini – möhkəm mübarizlər və coşqun adamlar tərbiyə etmək problemini yalnız teatrla sıx əlaqədə həll edə bilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri