Tap görək
Bir küçəm var buxartanaQələndər-a-qələndər!İşçi yaşar buxartana,Qələndər-a-qələndər!Şalmanı var buxartana,Qələndər-a-qələndər!Lampası var buxartana,Qələndər-a-qələndər
Çolma-çocuq bir sürü,Məktəbə getməz biri.Yaxında yox məktəbi,Burda başlanır şəbi.Məktəb üçün müxtəsərƏlli palan yol gedər.Yol da nə yol, beyləsinHeç analar görməsin!Yayda tozu ətəkdən,Qələndər-a-qələndər!
Qışda çamur göbəkdən,Qələndər-a-qələndər!Keçən keçir yıxılır,Əl-ayağı burxulur.Yağış yağa, çocuq qızYol gedəməz lodkasız.Günüz kim evdən çıxa,Batar yolda palçığa.Baxırsan altdan dağa,Lehmə çıxıb qurşağa.Nə at keçər, nə fayton,Qələndər-a-qələndər!
Yol gedəcəksən soyun,Qələndər-a-qələndər!Xəstəxana tapılmaz,Xəstəyə çarə olmaz.Naxoşların başına kül,Qış gəlmədən uzan öl.Həkimçin pul day yoxdur,Gəlməyə yol da yoxdur,Yaxşı olan çağı yox,Bağçası yox, bağı yox.Hey ara, axtar hanıBaksayuzun dükanı.Üst tərəfi zibillik,Qələndər-a-qələndər!Zibil beş-altıillik,Qələndər-a-qələndər!
Hərdəm yada salınır,Vergi, naloq alınır.Hər ay başı dübbədüzOn beş, otuz, əlli, yüz.Özgə zaman kim bilir,Ordakı var ya ölür.Keşik pulu verirsən,Qələndər-a-qələndər!Bir köpəkdir, bir də sən,Qələndər-a-qələndər!
Günüz milis tapılmaz,Gecə keşikçi olmaz.Oğru çalır fışqırıq,Var hünərin bayıra çıx.Səslər gəlir biqərar,Qələndər-a-qələndər!Dad məni tutdular,Qələndər-a-qələndər!
Əhali çox, yer geniş,Məsələ qaldır geniş,Dayoş “kommunxoz” (davay),Çək yuxarı tramvay.Düzəlsə bunlar əgərRahat olar işçilər.Indilik olsun təkiBir döşəmə, bir səki.Bircə ayaq bassalar,Gəlib qulaq assalar,İşçilər eylər haray:Qələndər-a-qələndər!Quqquluqu mostavay,Qələndər-a-qələndər!
Bir küçəm var buxartana,Qələndər-a-qələndər!Işçi yaşar buxartana,Qələndər-a-qələndər!Fayda görür buxartanaQələndər-a-qələndər!
Üstü sənin, altı mənim, tap görək!– 4-cü Tazapir dalanı.– Yalan, yalan, yalan, yalan– O da belədir, yox ki, bunun yalanı.– Yalan, yalan, ver Tazapir dalanına.– Bu küçə Dağlı məhəlləsi.– Yalan, yalan, ver dediyin məhəlləyə.– O da belədir, yox ki, bunun yalanı.– Yalan, yalan, ver dediyin məhəlləyə.– Poçtovının kəlləsi.– Yalan, yalan, yalan, yalan.– O da belədir, yox ki, bunun yalanı– Vergilən Poçtovıya.– Böyük Salyan küçəsi.– Yalan, yalan, yalan yalan.Tapmışam.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-tap-gorek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
SIĞORTA ŞURASININ OTAĞINDA Yan-yana beş miz düzülmüşdür. Dördüncü mizdə makinaçı qadındır. Qabağında çay ilə dolu və boş stəkanlar.*Əhməd** (əlində kağız girib “Odalar” havasında oxuyur).
2000 pərdəƏhvalat vaqe olur Bakıda, “Kommunist” qəzeti idarəsində. Səhər alaqaranlıqda. Pərdə açılınca səhnədə kimsə görünmür. Tərcüməçilər otağının açıq pəncərəsindən qatışıq bir taqım gurultular eşidilməkdədir.*Səhnəarxasındansəslər**. Yaxşı alma! Yaxşı alma! Yablok X o roşi! Taza kök, isti qutab! Ay uşaq, milis gəlir! Isti noxud! Adə, milis gəldi... (Bu qarışıq gurultular oyunun sonunadək mütəmadi davam edir).
2000 gecəAxşam saat dörd-beş radələri. Məclis. “Üçüncü internasional” mətbəəsində “Kommunist”in iş otağında tərcüməçi stolunun üstündə Şakov və başqa bir neçə nəfər mürəttib kolbasi, xərçəng və sairə düzüb yeyirlər. Müsəhhih stolunun üstündə Süleyman və şagirdləri piti taskabablarını düzmüşlər.*Məmmədəlinin stolunun üstündə Allahverdi bir başqası ilə oturub nərd oynayır. Stol üstündə də bir iki*
Sitarə6 pərdəli opera librettosuİştirak edənlər
Başqa şairlərin şeirləri · Satira
Ey ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!
Ağam vayBilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Özün öl!Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!