Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.

Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.

Yenə yarın ikinci kitab üzərində bu əməliyyat yapılıyor. Məsələyi nədənsə, kimsə əsas bir şəkildə araya sürməyir. Halbuki bu o qədər də səthi keçiriləcək bir məsələ deyildir.

Bu gün Azərbaycanda bir çox ədəbi, ictimai, siyasi, elmi, fənni və sair kitablar tərcümə ediliyor. Bu kitablardan yalnız Azərbaycanda deyil, bəlkə bütün türk ölkələrində istifadə ediliyor. Minlərlə paralar sərf ediliyor; nəticədə də tərcümənin yaramazlığı üzərə yenə kitab atılmaqdan başqa bir şeyə yaramıyor. Təbii, bu hər kəsi düşündürməyə layiq bir məsələdir. Volfsonun kitabı tərcümə edildi, bu gün kimsə istifadə edəmiyor. Daha bir çox kitablar göstərilə bilər ki, alanlar yersiz para itirməkdən başqa bir şeyi qazanmamışlardır. Təkrar tərcümə ediliyor, o da əvvəlkindən irəli gedəmiyor.

Burada əsas təqsir kimdədir? Bizcə təqsir müştərəkdir. Onun bir qismi tərcüməçilərdə, bir qismi Maarifçilər ittifaqında və ən böyük bir qismi də nəşriyyat idarələrindədir.

Əvvəla, tərcüməçilərimizdən kimsə öz qüvvətilə, bilişilə, bacarığı ilə, ixtisas ilə hesablaşmaq istəmiyor. Azacıq rusca, ya başqa bir dil bildisə ilk təklif edilən kitabı alıb tərcüməyə girişiyorlar. Halbuki məsələ ruscadan bir kitabı tərcümə edə bilmək üçün yalnız rusca bilmək kafi deyildir. Bir də kitabın bəhs etdiyi məsələyi ətraflıca bilmək və bu məsələ ilə mükəmməl tanış olmaq, daha doğrusu, o dairədə bir mütəxəssis olmaq lazımdır. Bizdə isə böylə deyildir. Çox vaxt bir söz başqa-başqa elmlərdə bir istilah olmaq üzrə başqa-başqa mənalar ifadə ediyor. Buna görə də tərcüməçi tanış olmadığı bir məsələdən tərcümə etdikdə çox vaxt istilahları qatışdırıyor.

Bundan başqa bəzi tərcümələr də vardır ki, özləri qüvvəli olsalar da ancaq tez para almaq üçün çalışıyor, tərcümələri başdansovma eyləyib üzərlərində olan məsuliyyəti düşünmək istəmiyorlar. Nəşriyyat idarələrinə gəlincə bunlar da bir dəfə tərcümə üçün çağırdıqları adamların qüvvəsini, biliyini, ixtisasını bacarığını bilmədən tərcümənin ucuzluğu ardınca qaçıb, hər bir kitabı onlara veriyor və nəticədə də kitabların yaramazlığı kimi ağır bir vəziyyət qarşısında qalmış oluyorlar. Hətta çox vaxt mətbuatda tərcüməsinin yaramazlığı qeyd edilən adamlara təkrar tərcümə veriliyor və yenə də əvvəlki vəziyyət meydana çıxıyor. Maarifçilər ittifaqı həqqində orası qeyd olunmalıdır ki, bu vaxta qədər ittifaq öz üzvü olan tərcüməçilərin maddi və mənəvi vəziyyətlərini qəti bir surətdə müəyyən edib, düzgün bir çərçivə içərisinə almamışdır. Onların ixtisasını və ixtisaslarına görə ala biləcəkləri əmək haqqı məsələsini düzgün bir yola salmamışdır. Bizdə, artıq bu hala bir son qoyulmalıdır.

Gələcəkdə çəkilən əməklərin, sərf edilən paraların yersiz itməməsi üçün hər şeydən əvvəl Maarif işçiləri ittifaqı tərcüməçilik adı almaq istəyən adamların gərək ixtisasını, gərəksə biliyini və tərcüməçilikdə bacarığını aydınlaşdırmalı və tərcüməçiliyə qəbul ediləcək adamlar üçün müəyyən dərəcələr təyin etməlidir.

Bunun üçün tərcüməçilər siyahıya alınıb, imtahan edilməlidirlər. Və nə kimi tərcümələri bacarmaları haqqında əllərinə vəsiqə verilməlidir.

Bu xüsusda Maarifçilər ittifaqı tərəfindən arada bir təşəbbüs edilmiş, hətta müəyyən bir komission düzəlmişsə də, mütəəssüfanə bu vaxta qədər bu komisionun fəaliyyəti görülməmiş və işlərindən bir nəticə çıxmamışdır. Bildiyimizə görə, bu xüsusda tərcüməçilərə paylanan anketlər bu vaxta qədər ittifaqda yatıb qalmaqdadır. Halbuki bu məsələ mahudlar altında yatırılacaq bir məsələ deyildir.

Bu məsələyi maarif işçiləri qurultayı da müzakirə ilə öz qətnaməsində qeyd etmişdir. Nə olursa-olsun, bu məsələyə ciddiyyətlə girişməli və tezliklə həyata keçirilməlidir.

Nəşriyyat idarələri əllərində böylə vəsiqələri olmayan adamlara tərcümə verməməlidir.

Bundan başqa tərcüməçilərin “xaltura”sından yaxa qurtarmaq üçün hər bir əsər çıxan kimi qəzetə idarələrinə və mütəxəssislərə göndərilməli və kitab haqqında yazılan biblioqrafiyalara diqqət edilməlidir. Xaltura yapması görülən tərcüməçilərə çox qüvvətli olsalar belə, bir daha tərcümə verilməməli və ya tərcümələrin sağlamlığını təmin edəcək şərtlər qoyulmalıdır.

Bundan başqa yaxşı tərcüməçilərin əmək haqqı da müəyyən bir nizama salınmalı, müqtədir tərcüməçilərin mütəxəssislər kimi əmək haqqı ala bilməsi üçün çalışılmalıdır. Bunların hamısı ilə bərabər, bacarıqlı tərcüməçilər hazırlamağı da unutmamalıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri