Ta inamım qalmayıbdırBir kəsə…İstəmərəm yüz il insanGörməsəm.Tablaşaram hər əzaba,

Dəhşətə,Sığınaram yırtıcıya,Vəhşiyə,İlanlarla qol-boyunaGirərəm,Tülkülərlə hər oyunaGirərəm,İnsan ilə istəmərəmKim desə,Darıxmaram yüz ilAdam görməsəm…Pələnglərlə baş qoyaramBalınca,Canavarla gedərəm ovDalınca.öKərgədanla dil taparamBir təhər,Dəyməz mənə ən qorxuluVəhşilər,Ərdovlarla dayanaramÜz-üzə,Uf demərəm yüz ilİnsan görməsəm.Mən bəşərdə çox sifətlərGörmüşəm,Bir xislətdə yüz cürə şərGörmüşəm,Bir ürəkdə min-minQara fikirlər,Ömürləri zəhərləyən məkrlər…Qan içənlər görmüşəm ki,Xudaya,Körpələri keçiriblərCidaya,Qarıların yandırıblarNəşini,Vəhşilərdə olmaz beləVəhşilik,Köçürəm yer kürəsindənMən daha,Ta üzmüşəm insanlıqdanƏlimi.Bacarsaydım dəyişərdimVallahı,Çox adamla çox heyvanınYerini…Mən bəşərdə nə sifətlərGörmüşəm,Kəmqeyrətlər, kəmfürsətlər

Görmüşəm…Anasının əmcəyiniKəsənlər,Atasının boğazınıÜzənlər,Böyüklərə hər gün quyruqBulayan,Qonşusunun xoş günündəUlayan,Var-dövlətə, zər-zibayaQul, əsir,Paxıl, qorxaq, dəni, satqın,Biəsil,Vicdanlar görmüşəm ki,Dad, həzər,Bədniyabət, bədxasiyyət,Bədnəzər…Aləm uçsa heç dəbərməzBir tükü,Ona baxsan cin-şeytanaMin şükür.Min-min şükür əcinnəyə,İblisə,Uf demərəm yüz il insanGörməsəm.Mən bəşərdə çox sifətlərGörmüşəm,Əli qanlı neçə rəhbərGörmüşəm.Dişi qanlı neçə bahçıGörmüşəm,Hamını da başı daşlıGörmüşəm.Öz xalqının əzazili,Düşməni,Vətən satmaq olub ancaqİşləriSoyumuzu,dilimiziSatıblar,Dirimizi, ölümüzüSatıblar,Bu torpağın əlləriniSatıblar,Hər nə keçib əllərinə satıblar…Nə onlarda qeyrət olub,Nə vicdan,Hamımızı keçiriblərQılıncdan,Başımıza gətiriblər

Yüz oyun,Belələri başa keçəQoymayın…İnsan yerdə bir allahınKölgəsi,O həm loğman, o həm cəlladYarandı.İstəmərəm onu yüz ilGörməsəm,Yaşamaram amma onsuzBir anda…

1992.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri