Səsim səsinə öyrəşib...
Sənsiz məndə dözüm yoxdur,Səndən özgə kəsim yoxdur,Səsin yoxsa, səsim yoxdur,Səsim səsinə öyrəşib...
Çox baxmışam yollarına,Qol salmışam qollarına,Bəxtim qızıl xallarına,Üzüm üzünə öyrəşib...
Əlim zərif əllərinə,Dilim şirin dillərinə,Telim ipək tellərinə,Gözüm gözünə öyrəşib...
Aylar, illər keçə-keçə,Bir olmuşuq gündüz-gecə,Səndən sonra, axı, necə,Mən özgəsinə öyrəşim?..
Bu eşqin möhkəmdi himi,Dəmir kimi, polad kimi,Ruhum qaynar həyat kimi,
Bu el qızına öyrəşib...
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-sesim-sesine-oyresib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən söz ilə görünərəm, ayrı donda görünmərəm,Onun,bunun ətəyində sürünmərəm.
Nə zamandır mən söz ilə dolanıram…Şer acıyam…Hər şeyimi as yazıram…
Şer əkdim bu qalanın içində…Bu həyata göz açalı əzildim,Ağır-ağır qayğıların
Heyf sənə poeziya, heyf sənə…Heyf sənə, poeziya, heyf sənə,Necə bizim zəmanədə gözdən düşdün.
Başqa şairlərin şeirləri
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım